Elşad Hacıyevin yarıtmaz kadr siyasəti… – İTTİHAM VAR…
Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələr Müdriyyətinin direktoru Elşad Haciyevin müstəbid siyasəti yeni 2024-cü ildə də davam etməkdədir. Onun yarıtmaz idarəçiliyi barədə gileylərini “Nyus.az”-ın redaksiyası ilə bölüşən mənbə bildirir ki, Elşad Hacıyev müəssisəyə direktor təyin olunandan orada çalışan işçilərin qara günləri başlayib:
“Belə ki, işə təyin olunan kimi 30 nəfər işçidən 16 nəfərini dərhal işdən azad etdi. Qalan 14 nəfərlə isə iki ildən çoxdur ki, müqaviləni 2-3 ay müddətinə bağlayır. Onun məqsədi odur ki, bu köhnə hesab elədiyi işçilər işdən özləri bezib getsinlər. Ümumiyyətlə, vətandaşın mənliyini və hüquqlarını bu qədər pozmaq olarmı? Bunu Səhiyyə Nazirliyinin rəhbərliyi görmürmü? Niyə maraqlanmırlar ki, köhnə işçilərin hansi günahları var, bunu araşdırmaq çətindirmi? Bu barədə bir neçə dəfə Əmək və Əhalinin Sosila Müdafiə Nazirliyi və Səhiyyə Nazirliyinə məlumat verilib. Nə üçün bununla maraqlanan yoxdur?”
Mənbə Elşad Hacıyevin dözülməz kadr siyasətini onun məşğul olduğu digər qeyri-qanuni işlərlə əlaqələndirir: “İstəyirlər ki, onların işə yeni qəbul etdikləri, tikinti işini bilməyən və çoxu Azərbaycan vətəndaşı olmayan işçilərlə bütün məsələlərini həll etsinlər. Keçirilən tenderləri dolayı yollarla öz firmalarına yönəltsinlər. Bu müəssisənin bütün işlərini onun baş mühasibi və tender komissiyasının sədri, “sağ əli” və “qara kassası” Turan Şabanov yerinə yetirir. Halbuki, Turan bəy heç bir müəsisədə sona qədər işləməyib. Bu müəssisənin layihə-smeta sənədləri, tikintidə görülən işlərə nəzarət hamısı Turan Şabanova həvalə edilib. Çünki, Turan bəy Elşad Hacıyevin qohumu və dostudur. Turan Şabanov harada işləyibsə, saxtakar olduğu üçün onu işdən qovublar. Turan bəydən əlavə, ona yaxın olan işçilərdən biri, köhnə işçi, halbuki, heç bir vəzifəyə sahib olmayan, ona yaxın münasibətdə (!) olan Bənövşə xanımın sözləri keçərlidir”.
İnformator həmçinin Elşad Hacıyevin ən əsas qanunsuz gəlir mənbəyi olan tender hoqqalarını da sadalayıb: “Keçirdiyi tenderlərdən (Cəlilabad Rayon Göytəpə şəhərində 60 çarpayılıq xəstəxananın tikintisi, Sabunçu rayon Maştağa qəsəbəsində ixtisaslaşmış Narkoloji Tibb Müəssisəsinin tikintisi, Cəbrayıl rayon Mərkəzi Xəstəxanasının tikintisi və Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi) qabaq bütün podratçı təşkilatlardan hansı qiymət təklifini yazdıqlarını qabaqcadan öyrənib, sonda onları aldadıb, öz şirkətlərini qalib elan etmişdir. Elşad Hacıyevə aid şirkətlərdən hələlik məlum olanı bunlardır: “PRO COSTRUCTİON COMPANY” MMC “UNİ CO” MMC, “SMCS” MMC, “EMİLOGLU” MMC, “GRAVITY CONSTRUCTION” MMC, “SMTS” MMC. Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi tenderində “EMİLOGLU” MMC, “GRAVITY CONSTRUCTION” MMC, “SMCS” MMC-lərin tender təklifləri “UNI CO”MMC-dən aşağı olduğu halda, niyə “UNİ CO” MMC qalib elan edilir? Cəlilabad rayon Göytəpə şəhərində 60 çarpayılıq xəstəxananın tikintisi zamanı “CONSTRVCTİON BUSİNESS QROUP” MMC-nin qiymət təklifi “PRO CONSTRUCTION COMPANY” MMC-dən aşağı olduğu halda, “PRO CONSTRUCTION COMPANY” MMC qalib elan edilir. Məsələn, Ağdam Rayon Mərkəzi Xəstəxanasının 1-ci mərhələ üzrə tikintisinin tenderində 19 podratçı iştirak etdi. Tenderin ehtimal qiyməti 9000000 (doqquz milyon) manatdan çox idi. Bu tenderdə tikintidə yaxsi təcrübəsi olan müəsisələr iştirak edirdi. Onlardan 6 (altı) müəssisə Elşad Hacıyevə məxsus idi. Təcrübəsi olan şirkətlər tikinti işlərini yerinə yetirmək üçün normal qiymət təklifləri vermisdilər. Lakin min bir fırıldaqla ehtimal qiymətindən təqribən 50% aşağı özünə aid müəssisələrdən “UNİ CO” MMC-ni 4915253, 88 (dörd milyon doqquz yüz on beş min iki yüz əlli üç manat, səksən səkkiz qəpik) manat qiymətlə qalib etdi. Halbuki, bu qiymətlə həmin tikintini heç cür yerinə yetirə bilməz. Tender komissiyasinda iştirak edən Maliyə Nazirliyinin və İqtisadiyyat Nazirliyinin əməkdaşları özləri tikinti işlərini bilməsələr də, tikinti işini bilən mütəxəssislərə niyə bunu yoxlatdırmır ki, bu işi bu qiymətlə görmək olarmı, ya yox? Görək, bu vəsait orada işlədilən armatur və betona çatacaqmı? Bu müəssisə belə çıxır ki, külli miqdarda zərərlə bu işi yerinə yetirəcək. Belə nəticəyə gəlmək olur ki, adı çəkilən müəssisə Elşad Haciyevin özünə məxsusdur. Fikirləşir ki, işlər başlasın, 2-ci mərhələ tenderdə əlavə vəsaitlə kömək edib işi yerinə yetirəcək. Çünki, 2-ci mərhələ tenderdə əlavə (elektrik, santexnik, pəncərə, lift, isitmə-soyutma, tibb avadanlıqları, mebel inventarları və s.) işlər olduğu üçün qiymətləri artıraraq işi yerinə yetirəcək. Ona görə ki, bu avadanlıqların qiymətlərini özü yazdırır. O, bütün tenderlərdə tikinti işləri ilə tibb avadanlıqlarının tenderini birgə edir, yuxanda göstərilən səbəblərə görə ki, işlər yerinə yetirilsin. Maliyyə və İqtisadiyyat Nazirliyinin işçiləri soruşmur ki, tibb avadanlığı sahəsində təcrübəsi olmayan müəssisə bu avadanlıqları necə alacaq? Bu işlərə müəsisənin köhnə işçiləri imza atmadıqları üçün onları işdən azad edir. Elşad Haciyev TOMM-nin kollektivini iki hissəyə bölüb – köhnə və təzə işçilər. Köhnə işçilər az əmək haqqı ilə, təzə işçilər iki dəfə artıq əmək haqqı ilə işləyir”.
Mənbə qeyd edir ki, Elşad Hacıyevin rəvac verdiyi Səhiyyə Nazirliyinə nə qədər müraciət olunsa da, bunlara cavab verilmir: “90 çarpayılıq xəstəxana üçün 9-11 ədəd lift nəyə lazımdır? Bu, dövlət vəsaitini niyə talan edir? Liftin tender qiymətini baha qiymətə yazır, sonda ucuz qiymətə alıb podratçıya özü satır. Səhiyyə Naziriliyinin rəhbərliyi hara baxır? 2023-cü ilin sonunda internet saytlarında Səhiyyə Nazirliyinin TOMM-nin direktoru Elşad Hacıyev barədə yazılan tənqidi məqalələrdə bu məsələlər dərc edilmişdir. Ondan sonra Elşad Haciyev köhnə işçiləri yığıb onları işdən çıxaracağı ilə hədələmişdi ki, bunları internet sayıtına kim yazdırıb? Bu təhdid olunan işçilər arasında xadimə, gözətçi və sürücülər də var. İndi hansı zamandır ki, müdir işçiləri yığıb bu məsələləri müzakirə edir, onları incidir? Səhiyyə Nazirliyi bir yoxlama aparıb niyə m⁹araqlanmır ki, 10-30 il bu müəsisədə təcrübəsi olan işçiləri işdən çıxarıb, onların yerinə kimi işə qəbul edib? Halbuki, bu köhnə işçilər neçə illərdir vicdanla işləyən, dövlətimiz tərəfindən mükafatlarla təltif olunan işçilərdir. Elşad Hacıyev deyir ki, mənə “yuxarı”dan deyirlər ki, köhnə işçiləri işdən çıxar, yenilərini işə qəbul et. Əgər Səhiyyə Nazirliyinin rəhbərliyi bunları Elşad Hacıyevə deyiblərsə, bu məsələyə münasibət bildirsinlər”.
Short URL: http://www.cumhuriyyet.net/?p=197946