“Evrostroy-S.S” növbəti dəfə məhkəməyə verildi
Vətəndaşın mülkiyyət hüququnu kobud şəkildə pozan “Evrostroy-S.S” MMC məhkəməyə verilib.
Tribunainfo.az-ın əldə etdiyi məlumata görə, hər ay vətəndaşlarla məhkəmə çəkişmələrində olan problemli “Evrostroy-S.S” MMC ilə bağlı məhkəmədə iddianı bu dəfə vətəndaş Rəhimova Səadət Ağasən qızı qaldırıb.
İşin mahiyyəti mülkiyyət hüququ ilə bağlıdır. İddiaçı MMC ilə bağlı əmlak tələbi irəli sürüb.
İşə 27 fevral tarixində Nərimanov Rayon Məhkəməsində hakim Aytən Novruzovanın sədrliyi ilə baxılacaq.
Yazıda adı keçən tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.
Short URL: http://www.cumhuriyyet.net/?p=198126