AŞPA-da əleyhimizə səs vermiş türkiyəli deputatın dosyesi

29.01.2024 - 15:43

Xəbər verdiyimiz kimi, yanvarın 24-də Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycan nümayəndə heyətinin səlahiyyətini təsdiqləməkdən imtina edib.

Bununla bağlı səsvermə zamanı 76 deputat Azərbaycanın əleyhinə, 10 deputat lehinə səs verib, 4 deputat bitərəf qalıb. 16 deputat isə səsvermədə iştirak etməyib. Səsvermə zamanı Türkiyədən olan 9 deputat Azərbaycanın xeyrinə, 1 deputat isə əleyhinə çıxıb. Azərbaycanın əleyhinə səs verən türkiyəli deputat Xalqların Demokratik Partiyasının üzvü olan Berdan Öztürkdür.

Milliyətcə kürd olan Berdan Öztürk 1 may 1980-ci ildə Ağrı vilayətinin Tutak rayonunda doğulub gəlib. Mərmərə Universitetinin Hüquq fakültəsini bitirdikdən sonra İngiltərənin London Universitetində beynəlxalq arbitraj və kommersiya hüququ üzrə magistr təhsilini tamamlayıb. 2011-ci ildə sərbəst hüquqşünas kimi fəaliyyətə başlayıb. Subay olan Öztürk ingiliscə də danışa bilir.

2018-ci il Türkiyədə keçirlmiş seçkilərində Xalqların Demokratik Partiyasından (HDP) Ağrı millət vəkili seçilən Öztürk Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli Müdafiə Komissiyasının üzvü olub. O, 2023-cü il parlament seçkilərində Yaşıl Sol Partiyasının siyahısından Xalqların Bəbarərlik və Demokratik Partiyasının üzvü olaraq Diyarbakırın deputatı seçilib.

Berdan Öztürk barəsində hələ 2016-cı ildə 5 nəfər PKK-çının dəfn mərasimində iştirak etdiyi əsas gətirilərək, barəsində istintaq başladılıb. 2018-ci ilin mayında ona bəraət verilib.

O, 2019-cu ildən “Barış Pınarı” əməliyyatı ilə bağlı verdiyi açıqlamaya görə terror təbliğatı aparmaqda suçlanaraq istintaqa cəlb olunub. Lakin istintaq başa çatdırılmayıb.Modern.az

Short URL: http://www.cumhuriyyet.net/?p=198155

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930