“Ermənistanın himni və gerbi dəyişdirilməlidir” – spiker
Ermənistanın himni dəyişdirilməlidir. “Report” xəbər verir ki, bunu ölkə parlamentinin sədri Alen Simonyan teleqramda yazıb.
O bildirib ki, himn erməni musiqisinə, himn qaydalarına uyğun olmalıdır. A.Simonyan Ermənistanın hazırkı himnin milli olmadığını diqqətə çatıdırıb.
Parlament sədri, həmçinin yazıb ki, ölkəsinin gerbinin dəyişdirilməsi məsələsi də müzakirə olunmalıdır.
Short URL: http://www.cumhuriyyet.net/?p=198211