DİQQƏT! Azərbaycanda bu şəxslərin evinə verilən qaz KƏSİLƏCƏK

31.01.2024 - 11:57

Yeni qərara əsasən, mətbəxin yeri dəyişdirilən mənzillərə qaz verilişi dayandırılacaq. Bildiyiniz kimi, yeni tipli göydələnlərin bir çoxunda otaq sayının artırılması məqsədilə mətbəx qonaq otağına və ya balkona keçirilir. Bununla da evi daha baha qiymətə satmaq mümkün olur. Bu prosesə ev sahiləri tərəfindən də üstünlük verilir. Lakin yeni qaydalara əsasən, artıq belə mənzillərə qaz verilməyəcək. Səbəb isə bunun qaz təchizatı normalarına zidd olması göstərilir. Bu proses ev strukturu üçün təhlükəlidirmi? Mətbəxi yaşayış otaqları ilə əvəz olunmuş evlərə qaz verilişinin dayandırılması mənzil bazarının qiymətlərinə necə təsir edəcək?

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Referans.az-a açıqlama verib: “Ümumiyyətlə, qaz təsərrüfatından istifadə edilən çoxmənzilli yaşayış binalarında, iş yerlərində, qeyri-yaşayış sahələrində təhlükəsizlik məsələsi ön planda olmalıdır. Çünki qazdan düzgün istifadə olunmadıqda təhlükə yaradır”. Ekspert bildirib ki, evlərdə yaşayış otaqlarının yerinin dəyişdirilməsi bir sıra təhlükəli problemlərə yol aça bilər.

“Evlərdə otaqların sayını süni şəkildə artıranda mənzillər struktur baxımından korlanır. Xüsusən mətbəxlərin başqa otaqlara dəyişdirilməsi və havalandırma sistemi olmayan otaqlarda dördgözlü qaz peçlərinin quraşdırılması təhlükəsizlik baxımından olduqca risklidir”. Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə isə qeyd edib ki, Azərbaycanda birotaqlı mənzillərin minimum 30 faizində bu hal müşahidə olunur.

“Belə hala daha çox “Xruşşov”, “Minsk”, “Leninqrad” layihəli binaların birotaqlı mənzillərində və digər yeni tikili binalarda rast gəlmək mümkündür. Evlərin strukturunda bu tipli dəyişikliklər etmək üçün indiyədək icazə alınmırdı. İnsanlar bunu kor-təbii şəkildə edirdilər. Fövqəladə Hallar Nazirliyi və yaxud “Azəriqaz” bununla bağlı müəyyən göstərişlər verə bilər. Lakin indiyədək qəti xəbərdarlıq olunmayıb. Hesab edirəm ki, belə bir qərarın icrası baş tutarsa, vətəndaşlar mətbəxləri əvvəlki yerlərinə qaytarmalı olacaqlar”.

Ekspert onu da bildirib ki, bu qərar ölkə ərazisində tam aktual olmadığına görə əmlak bazarı qiymətlərinə təsiri olmayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=198277

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031