Hacı Qalib partiya sədrinə əsəbiləşdi: “Əyninə şalvar ala bilmir, deyir ki…”

01.02.2024 - 10:58

“Ağasif Şakiroğlu kimdir ki mənlə Bilgəhdəki bağ evi barədə müzakirə aparsın? Mən hansısa bağa görə heç kimə 5 milyon təklif etməmişəm. Ağasifi ortaya bəzi qüvvələr atıb ki, başımı qarışdırsınlar. Mən Rəsul Quliyevdən pul almamışam, onunla alver eləməmişəm. Bağımın heç 1 metrini də onlara satmamışam. Rəsul Quliyevlə aramda qara qəpik söhbəti də olmayıb. Ağasif Şakiroğlu isə Rəsul Quliyevin həmkəndlisi, culfalı Eminə 600 min dollar “atıb”. Culfalı Emin pulunu ondan geri ala bilmir”.

KONKRET.az xəbər verir ki, bu sözləri sabiq deputat Qalib Salahzadə Bilgəhdə yerləşən qalmaqallı bağ evinə görə 5 milyon dollar təklif etməsi haqda iddialara cavab verərkən deyib. Pravda.az-a danışan sabiq deputat məhkəməni uduzması barədə iddialara da aydınlıq gətirib.

“Məhkəmə prosesi böyük fırıldaqlarla müşayiət olunur. 10-15 məhkəmə olub, amma ortada heç nə yoxdur. Heç bir hakim adi bir məsələni aydınlaşdıra bilmir ki, bu torpaq hansı rayonun ərazisidir. Bu məsələdən qaçırlar. Çünki əllərindəki sənədlər saxtadır. Bilgəh torpaqları Sabunçu rayonuna aiddir. Xəzər rayonunun polisi gəlib Bilgəh torpaqlarını Ağasif Şakiroğlu üçün mühafizə edir. İstəyirlər ki, başımı şişirsinlər, torpağı verim, pulu da alıb qoyum cibimə. İstəyirlər ki, özümdən çıxım, artıq-əksik hərəkətlər edim. 71 yaşım var. Uşaq deyiləm ki. Bağımı satmıram! Satmamışam! Bu qədər danışıram, hamısı özünü lallığa, karlığa qoyub. Bu torpaq sahəsi 3 hektar 77 sotdur. Moskvadakı milyonerlərdən mənə belə təkliflər gəlir: “De ki, torpağı satırsan, biz özümüz məsələni həll edərik…”

Sabiq deputat daha sonra bunları deyib: “Bu mafioz oyunları kiminlə oynadıqlarını bilmirlər. Rəsul Quliyevə nəinki 5 milyon, 5 qəpik də vermərəm. Ağasif əyninə şalvar ala bilmir, deyir, bu bağı mənə bağışlayıblar”.

KONKRET.az xatırladır ki, keçmiş spiker, hazırda ABŞ-da mühacir həyatı yaşayan Rəsul Quliyev və onun qohumları ilə sabiq deputat Hacı Qalib Salahzadənin bağ davası uzun müddətdir davam edir. Spikerin qohumları iddia edir ki, Bilgəh qəsəbəsində yerləşən, Rəsul Quliyevə və onun ailə üzvlərinə məxsus bağ sahəsinin Quliyevlərə 1995-ci ildən məxsus olduğunu təsdiqləyən sənədləri olsa da, 2008-ci ildə Hacı Qalib oranı zəbt edib.
Xatırlatma: Yazıda adı çəkilən Ağasif Şakiroğlu Gələcək Azərbaycan Partiyasının sədridir.

Short URL: http://www.cumhuriyyet.net/?p=198327

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031