Bunu edənlər 4000 manat CƏRİMƏLƏNƏCƏK

01.02.2024 - 14:36

Bakıda bəzi məhəllələrdə sakinlərin yollara süni maneələr quraşdırmasının şahidi oluruq. Bu hal yerli sakinləri qane etsə də yoldan istifadə edən sürücülərin heç də xoşun gəlmir.

Səbəb isə bu maneələrin avtomobillərə zərər vurmasıdır. Digər tərəfdən sakinlər də “trampilin”lər quraşdırılmadığı təqdirdə yolda avtomobillərin sürətlə hərəkət etməsindən narahat olurlar.

Mövcud vəziyyəti nəzərə alaraq məhəllələrə maneələr quraşdırılmasının nə qədər qanuni olmasını aydınlaşdırma çalışdıq. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı, polis kapitanı Nurlan Əliyev BAKU.WS-ə bildirib ki, yollarda avtomobillərin sürətini məcburi şəkildə azaltmaq məqsədilə qanunsuz olaraq quraşdırılan süni maneələrlə bağlı aşkar edilən faktlar və vətəndaşlar tərəfindən daxil olan müraciətlər əsasında polis aidiyyəti dövlət qurumlarının əməkdaşları birgə əraziyə baxış keçirir və həmin süni maneələrin sökülməsi təmin edilir:

“Bu kimi hüquqpozmalara yol verən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 354-cü (yolların hərəkət hissəsində sədlərin, şlaqbaumların qurulmasına və nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsinə, yaxud avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə maneələr yaradılmasına görə) maddəsinə əsasən inzibati tənbeh tədbiri tətbiq edilir”.

Avtomobil və piyadaların hərəkətinə maneə yaratmağa görə cərimələri təqdim edirik:

Fiziki şəxslər 80 manatdan 100 manatadək

Vəzifəli şəxslər 400 manatdan 500 manatadək

Hüquqi şəxslər 3000 manatdan 4000 manatadək

Short URL: http://www.cumhuriyyet.net/?p=198372

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930