Rüşvət alan sabiq vəzifəli şəxs azadlığa buraxıldı

19.02.2024 - 10:53

Şirvan Apellyasiya Məhkəməsində Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının baş həkimi vəzifəsini icra etmiş, 1-ci Psixiatriya şöbəsinin sabiq müdiri Yaşar Kərimovun barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Məhəmməd Bağırovun sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya protesti təmin edilməyib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü həmin apellyasiya protestinə münasibətdə dəyişdirilməyib. Məhkum Cinayət Məcəlləsinin 313-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3000 manat cərimə cəzasına məhkum edilməsinə dair hissədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv olunub. Yaşar Kərimovun təqsirli bilinərək məhkum olunduğu Cinayət Məcəlləsinin 313-cü maddəsi üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən həmin maddə ilə cinayət təqibinə xitam verilib və hökmdən xaric edilib. Yaşar Kərimov həbsdə saxlanıldığı 1 il 8 ay 12 gün müddəti azadlıqdan məhrumetmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla 3 il 4 ay 24 gün müəyyən edilməklə ona təyin edilmiş 5 il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılıb və onun üzərində qəti olaraq 1 il 7 ay 6 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb. Yaşar Kərimovun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, dərhal həbsdə saxlanıldığı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsindən azad edilib.

İttiham aktına əsasən, Səhiyyə Nazirliyinin Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının baş həkimi vəzifəsini icra etmiş, 1-ci Psixiatriya şöbəsinin keçmiş müdiri Kərimov Yaşar Məlik oğlu əlillik dərəcəsi təyin edilməsi üçün əsas olan xəstəliyini təsdiq edən sənədin verilməsi müqabilində xəstəxanada stasionar müalicə almayan Məmmədov Sahib Vafiq oğlundan (ad şərtidir) müxtəlif vaxtlarda xəstəxananın Salyan rayonu ərazisində yerləşən inzibati binasında 800 manat pulu rüşvət kimi alıb. İstintaq dövründə onun barəsində Cinayət Məcəlləsinin 311.1-ci (Rüşvət alma) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə Y.Kərimovun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Y.Kərimovun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılıb. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Şirvan Apellyasiya Məhkəməsi protesti təmin edib. Ali Məhkəmədə şikayətə baxılan zaman bildirib ki, təqsirləndirilən şəxs kassasiya şikayətini geri götürüb. Ali Məhkəməsinin digər qərarı ilə aşağı instansiya məhkəməsinin qərarı qismən ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

Xatırlatma: Y.Kərimov prokurorluğun təqdimatı əsasında məhkəmə qərarı ilə vəzifədən kənarlaşdırılıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=198581

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930