Covid insan beynindən 20 ilə qədər ömür alır

19.02.2024 - 11:05

Alimlər müəyyən ediblər ki, Covid insan beynindən 20 ilə qədər həyat alır. Bəzi xəstələr üçün infeksiyanın nəticələri ciddi travmatik beyin zədələrinə bənzəyir. Poliqon xəbər verir ki, bu barədə araşdırma “News-Medical” jurnalında dərc olunub.

Araşdırmada qeyd olunur ki, hələ pandemiyanın ilk illərində həkimlər diqqəti “beyin dumanı”na cəlb edirdilər. Xəstələrdə yorğunluq, yaddaş və konsentrasiya ilə bağlı problemlər ortaya çıxırdı. 2022-ci ildə aparılan araşdırmaya görə, Covid-dən əziyyət çəkən xəstələrin 46%-i bu problemdən şikayətlənir. Liverpul Universitetinin İnfeksion Neyrobiologiya Laboratoriyasının direktoru Benedikt Mayklın rəhbərlik etdiyi alimlər qrupu bir il əvvəl koronavirusdan sağalmış xəstələr üzərində araşdırma aparıb. İştirakçılar koqnitiv testdən keçib, qan nümunəsi verib və beyin skan ediliblər. Alimlərin açkar ediblər ki, beynin diqqətlə əlaqəli bəzi sahələrinin həcmi azalıb və bir sıra biomarkerlər, hətta travmatik beyin zədəsini göstərə bilər.

Tədqiqatçılar “beyin dumanının” insanda əbədi qaldığını və ya infeksiyanın nəticələrinin geri qaytarıla biləcəyini hələ müəyyənləşdirməyiblər. Neyropsixoloq Karla L. Consonun fikrincə, onların işinin ən mühüm nəticələri arasında “dumanın” real olduğuna dair sübutlar var və bu barədə şikayətlər uydurma deyil.

Short URL: http://www.cumhuriyyet.net/?p=198587

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31