Xocalıda azərbaycanlı əsir və girovların saxlanıldığı yer – VİDEO

20.02.2024 - 11:46
Erməni işğalından azad olunan Xocalı rayonunun Malıbəyli (2023-cü ilin dekabrınadək Şuşa rayonunun inzibati ərazi vahidi olub) kəndində azərbaycanlı əsir və girovların saxlanıldığı tikili aşkarlanıb.
“Report” xəbər verir ki, işğaldan əvvəl – 1992-ci ilədək yaşayış məntəqəsinin ərazidən keçən Ağvan çayının sahilində qədim su dəyirmanı və onun yardımçı binası olub. İşğal dövründə separatçılar oranı azərbaycanlı əsir və girovları qanunsuz saxlama yerinə çeviriblər. Bunun üçün dəyirmanın yardımçı tikilisinin qapı və pəncərələrinə dəmir barmaqlıqlar vurublar, üzərinə qalın beton töküblər. Eyni zamanda, içəridə dəmir arakəsmələr yerləşdirərək, qəfəs formasına salıblar. Bundan başqa, əsir və girovlara nəzarət edənlər üçün ayrıca otaq yaradıblar. Tikilidə aşkarlanan izlər orada azərbaycanlı əsirlərin saxlanıldığını, onlara işgəncələr verildiyini deməyə ciddi əsas yaradır. Xatırladaq ki, Malıbəyli kəndi 1992-ci il fevralın 11-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Azərbaycan Ordusunun 2023-cü il sentyabrın 19-20-də keçirdiyi antiterror əməliyyatları zamanı kənd işğaldan azad edilib. Azərbaycanlı əsirlərin saxlanıldığı və işgəncələr verildiyi tikilinin görüntülərini təqdim edirik:

 

Short URL: http://www.cumhuriyyet.net/?p=198637

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930