Vəndam meşələri məhv edilir – Ekologiya işçiləri günahkar bilinir +FOTO

21.02.2024 - 10:46

Qəbələ rayonunun Vəndam meşələrində kütləvi qırıntılar qeydə alınıb.

AzToday.az-a daxil olan məlumatlara görə, Vəndam meşəbəyliyinin sahə rəisi Kənan Fətullayev və regional idarənin direktoru Əkrəm Babayevlə əlbir olaraq meşələrə qənim kəsiliblər.

Məlumatlarda bildirilir ki, Orman restoranının qarşısında qırma sahəsində təxminən 40-45 ağac əvəzinə 60-dan artıq ağac kəsilib, xəstə çürük ağaclar sağlam ağaclarla yerdəyişmə edilərək məhv edilib. Həmçinin, meşə gözətçisi Ramin Əsgərovun ərazisindəki qırma sahəsində xeyli sayda ağac yerdəyişmə olunub, təxminən 450 ağac əvəzinə minlərlə ağac kəsilib. Əksəriyyəti sağlam palıd və fısdıq ağaclarıdır. Etibarlı Qəndilin ərazisində qırma sahəsi olmasa da, sağlam palıd ağaclarına nömrələr yazılıb kəsilib, kökdən cıxarılaraq daşıyıblar:

“Soruşduqda deyirlər ki külək yıxıb. Həmin ərazi Nohurgölün yaxınlığı Güllüburun deyilən yerin dağ hissəsidir. Rahim Əhmədovun gözətcilik etdiyi ərazidə 2 suqarışan ərazidə qırma sahəsi olmadığı halda xeyli ağac kəsilib. Amma heç bir tədbir görülməyib. Nemət adlı gözətçinin ərazisindəki qırma sahəsində çürük ağaclar əvəzinə yerdəyişmə edərək sağlam ağaclar qırılıb. Yoxlamalar gəlir, amma heç biri həmin ərazilərə getmir, kabinetdə öz işlərini görürlər. Kənan Fətullayev əvvəllər dəfələrlə qırıntıya görə cərimələr verir, özü ağackəsmə və satışı ilə məşğuldur. Ona qarşı heç bir tədbir görülmür”.

Qeyd edək ki, Kənan Fətullayev meşələrdəki qırıntılara görə hazırda həbsdə olan Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin sabiq direktoru İlqar Qəribovun qohumudur. İlqar Qəribovun vaxtından Kənan Fətullayev meşələrin qənimi sayılıb. Regionda fəaliyyət göstərən əksər ağac sexlərinin rəhbərləri Kənan Fətullayevi tanıyır…

Vəndam meşələrində baş verən kütləvi qırıntılarla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mövqeyini öyrənməyə çalışacağıq.

Vəndam meşəbəyliyindəki qanunsuz qırıntıların bir hissəsinin görüntülərini təqdim edirik:

 

 

 

 

 

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=198671

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930