Bu valideynlərin uşaqları əllərindən alına bilər – XƏBƏRDARLIQ

22.02.2024 - 15:06

“Yeniyetmə yaşlarında baş verən bütün davranış pozuntuları və həmin dövrdə psixologiyaya təsir edən amillər sırasında şüurda baş verən əsas dəyişiklikləri fərqləndirmək və hər yaşda insanla mühit arasındakı təkrarolunmaz münasibətlər sistemini birbaşa təmsil edən inkişaflı sosial şəraitini müəyyənləşdirmək lazımdır”.

Bu fikirləri “Yeni Sabah”a psixoloq Aytən Ələkbərova uşaqlardakı aqresiyanın səbəblərini açıqlayarkən deyib. Onun sözlərinə görə, valideynlərin uşaqlarına qarşı göstərdikləri davranış tərzi onların gələcək yaşamlarına güclü təsir edir:  “Hər yeniyetmə böhran dövrünü yaşayır deyə, bütün növ aqresiya və eyforiyalara sahib deyil. Çünki hər fərdin özünün psixoloji davranış tərzi, psixi temperamenti, psixi xüsusiyyəti bir-birindən fərqlənir. Yeniyetmə dövründə də bu kimi fərqlər hiss olunur. Övladlarımızın ikinci şəxsiyyət dövründən başlayaraq, psixoloji çekuplardan keçməsi mütləqdir. Ana övladına şeir öyrədən zaman uşaq qışqırır, ağlayır, gülür. Bu hallar təkrarlansa da, uşaq şeiri öyrənməyə məcbur edilir. Həmin vəziyyət onu göstərir ki, ana öz övladını tanımır, onun və özünün psixoloji qiymətləndirməsini, özünü bərkitməsini bilmədiyindən, övladına qarşı bu psixoloji zorakılığı edərək istəyini məcbur olaraq həyata keçirmək istəyir. Zor gücünə istədiyini əldə edən valideyn övladına da bunu öyrədir. Bu zaman həmin uşaq müəyyən yaş dövrünə çatdıqca istədiyinə nail olmaq üçün həmin zorakılığı nümayiş etdirməyə başlayır. Əgər valideyn övladının psixi temperamentini bilsə, psixi diaqnostikanı düzgün aparsa, davranış tərzini də düzgün tarazlıya biləcək. Belə olduqda, övladımızı qazanmaq mümkündür. Aqresiya ilə böyüyən uşaqlar cəmiyyət üçün bir sıra fəsadlar törədə bilər. Hər şeyi zor gücünə əldə etmək vərdişi onları beyinlərində müəyyən ssenari qurub, bu qaydada hərəkətə keçməyə vadar edir. Bu gün Əhmədlərin etdiyi hərəkətlər hazırkı dövrün problemi deyil, illərdir planlaşdırılan, beyində qurulan ssenarinin nəticəsidir”.

Ekspert bildirib ki, uşaq və böyüklərə qoyulan tələblərdəki fərqlərə diqqət etmək lazımdır: “Həmişə deyirik ki, insan bioloji və sosial varlıqdır. Bu da onu göstərir ki, bir evdə tərbiyələndirilib, yetişdirilsək də içində olduğumuz mühit və insanlar xüsusiyyətlərimizi, xarakterimizi formalaşdırır. Bəzən uşaq və böyüklərə qoyulan tələblər arasında uyğunsuzluq müşahidə edirik. Bu cür addımlar uşaqlarda yetkinliyə keçid dövründə müəyyən çətinliklərə yol açır. Uşaq formal yetkinliyə sahib olsa belə, yaş statusunu yerinə yetirə bilmir. Kiçik yaşdan böyük yaşa keçərkən, uşağın özünü birdən-birə yaşlı, avtoritet, kriminal biri kimi görməsi üçüncü şəxsiyyət dövründə öz möhrünü vurur.

Yeniyetməlik çağında on uşaqdan ən azı biri çətin tərbiyə edilən olur. Uşaqdakı şəxsiyyət tipindən bunu anlamaq mümkündür. Belə olduqda, həmin uşaqlar ailədən alınaraq, başqa bir mühitdə formalaşdırılır. Çünki bəzən valideynlər uşağın düzgün tərbiyə edilib formalaşmasına mane olur. Həmin insan ailənin gözünə ərköyün görünsə də, cəmiyyət onu tərbiyəsiz hesab edir. Eyforiyaya düşən yeniyetmədən ağıl və tərbiyə gözləsək də, bu doğru deyil.  Sözügedən yaş dövründə nəzərəçarpan ən mühüm cəhətlərdən biri də fiziki inkişafla əlaqədar cinsi yetişkənliyin baş verməsidir. Çünki orqanizmdə bu hadisənin yaranması bir çox hallarda yeniyetmənin özündən asılı olmayaraq, hormonal dəyişikliyin təsirində etdiyi qeyri-adekvat vəziyyətlərdir. Bunu da nəzərə almaq vacibdir. 10-11 yaşdan 18 yaşa qədər valideynlərin bu cəhətdən diqqətli olmasında fayda var”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=198740

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930