Ailəsini öldürən Əhmədlə bağlı YENİ XƏBƏR: Ekspertiza rəyi…

27.02.2024 - 10:48

Ailə üzvlərini xüsusi amansızlıqla qətlə yetirən Əhməd Əhmədovun atası ilə birgə görüntüləri yayılıb. İçki süfrəsi arxasında əyləşərkən qeydə alınan anları Əhmədin atası çəkib. O da məlum olub ki, Əhməd Əhmədov xəstəliyi ilə əlaqədar həkimin yazdığı dərmanları da qəbul etmirmiş. Bu məlumatı Əhmədovların ailəsinin yaxınları açqılayıb: “2 gün əvvəl Əhmədin atası Mehmanla bir yerdə idik. Mənə dedi ki, Əhməd dərmanlarını atmır. Dedi ki, həkimlə danışmışam, aparıb Mərdəkandakı xəstəxanaya qoyacam”.

Məlumdur ki, Əhməd Əhmədov ailəsindən ayrı yaşayıb, subay olub. Amma ailəsi Əhmədə kömək edib. Gündəlik 25-30 manat pul veriblər. Maşın ayırıblar ki, taksi fəaliyyəti ilə məşğul olsun. Onun psixoloji durumunun yoxlanılması üçün ekspertiza təyin olunub. Tanınmış psixoloq Azad İsazadə ekspertiza ilə bağlı “Yeni Müsavat”a verdiyi açıqlamasında deyib ki, ekspertiza Əhməd Əhmədovun anlaqlı olub-olmamasını müəyyən etməlidir. Onun anlaqsız olması, ruhi xəstəliyinin varlığı, hadisəni affekt vəziyyətində törədə bilib-bilməməsinə də ekspertiza cavab verməlidir. Ekspertiza 20 günə hansısa rəyə gələ bilməsə, ekspertizanın müddəti uzadıla bilər. Adətən 10 günə bu məsələ aydın olur. Belə işlər üzrə bir ekspert deyil, bir neçə ekspertin kollegial rəy verməsi də mümkündür. Azad İsazadə deyib ki, 1 nəfərin ayrı-ayrı ünvanlarda yaşayan 5 nəfəri bir neçə saat içində öldürməsinin mümkün olub-olmaması ekspertizanın rəyindən sonra məlum olacaq: “Birmənalı olaraq məhkəmə bu halda ekspertizanın rəyi əsasında qərar verəcək. Əhməd Əhmədovun vəkilləri rəylə razı olmasalar, məhkəmə təkrar ekspertizanın keçirilməsi qərarını da verə bilər. Ekspertizanın rəy verməsinə rəğmən, əlbəttə ki, son qərarı məhkəmə verəcək”.

Xatırladaq ki, Xətai rayonunda 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovun, 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı Əhmədovanın və 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Qətli törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Bundan sonra Ə.Əhmədovun 1997-ci il təvəllüdlü bacısı Elmira Mehman qızı Əhmədovanı və onun beş yaşlı qızını da eyni üsulla qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adamöldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub. Onun barəsində dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=198792

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930