Azərbaycanda son 10 ildə evlənənlər kəskin azalıb

27.02.2024 - 11:50

Son 10 ildə Azərbaycanda nikah və boşanma sahəsində vəziyyət olduqca pisdir. Tendensiya yaxşı deyil. Ötən illərlə müqayisədə nikah azalır, boşanma çoxalır. Tribunainfo.az xəbər verir ki, bu barədə məlumatı iqtisadçı Samir Əliyev bildirib. O qeyd edib ki, orta nikah yaşı getdikcə artır. Onun sözlərinə görə, Şəhərlərdə vəziyyət daha da pisdir: “10 il qabaq hər 7 nikaha bir boşanma düşürdüsə, hazırda bu göstərici 4 nikah səviyyəsinə qədər azalıb. Boşanmaların bu qədər artması olduqca mənfi haldır. Söhbət ailələrin dağılmasından, uşaqların atasız, bəzən də anasız qalmasından gedir. Bu müsbət hal saya bilməz. Ailənin dağılması ailə büdcəsinə də mənfi təsir göstərir.

Avropada da boşanma faizi yüksəkdir. Azərbaycanda isə fərqli situasiya yaşanır. Fərqlər çoxdur. Məsələn, əsas səbəbən biri Avropalı qadının boşandıqdan sonra çətinlik çəkmədən 2-ci və 3-cü dəfə ərə getmək şanslarının olmasıdır. Bizdə boşanmış qadının bir tərəfdən 2-ci dəfə ərə getməsi imkanları məhduddur, digər tərəfdən ərsiz yaşaması belə psixoloji basqılarla üz-üzə qalmalı olur. İkinci vacib məsələ ölkədə sosial təminat səviyyəsinin aşağı olmasıdır. Yəni qadınların işlə təminatında problem olması, təhsilsizliyin yüksək olması onların tənha yaşamasına çətinlik yaradır.
Avropada boşanma yüksək olsa da insanlar illərlə birgə yaşayırlar. Yəni nikah orda texniki məsələdir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=198828

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930