“Tərtər işi”ndə bəraət alan əsgərə 99 min ödəniləcək

27.02.2024 - 13:22

“Tərtər işi” üzrə məhkum edilərək sonradan bəraət alan hərbçilərdən daha birinə təzminat ödəniləcək. AzVision.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu dəfə bəraət almış əsgər İbrahimli Turan Marif oğlunun iddiasına baxılıb. Nəsimi Rayon Məhkəməsi T.İbrahimliyə həbsdə keçirdiyi 5 ilin mənəvi ziyanına görə 99 min manat təzminat ödənilməsinə qərar verib.
İş üzrə cavabdeh Maliyyə Nazirliyidir. Vəsait nazirlikdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd edək ki, 2021-ci ildə “Tərtər işi”nin istintaqı təzələnib. Bundan sonra Baş prokurorun təqdimatı ilə dövlətə xəyanət və digər ittihamlarla məhkum edilən 19 nəfərin işi yenidən araşdırılıb. Yeni məhkəmə baxışı nəticəsində bir neçə hərbçiyə bəraət verilib.

Bəraət alanlardan biri 9 il azadlıqdan məhrum edilmiş Turan İbrahimli olub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=198852

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930