Ördək sindromu -99% adamda var

27.02.2024 - 16:06

Belə bir atalar sözü var: “Eşitdiyinə deyil, gördüyünə inan”

Bu hikmətli atalar sözlərdin biri olsa da, artıq müəyyən mənada “istifadə müddəti” bitib.  Çünki, telefon və digər elektronik cihazlardan istifadə genişləndikcə, insanlar reallıqdan uzaqlaşaraq sosial mediadakı həyata üstünlük verirlər. Həmin sosial media ki, insanlar orada digərlərindən üstün olduqlarını, yaxud fərqli və əyləncəli həyat yaşadıqlarını göstərməyə çalışırlar. Əslində bunların əksəriyyəti yalandır. Bunu bir neçə nümunə ilə izah edə bilərik:

-Evdə ailə üzvlərinlə mübahisə etdin və velosipedini götürüb dəniz kənarına getdin. Sonra da dənizin kənarında velosiped sürərkən “bu günki missiya da tamamlandı” adı ilə instagrama bir story atdın. İş yoldaşın olan Rüstəm də storyə baxıb:

-Ay da, gör camaat necə həyat yaşayır ee! – deyə cırıq corabına baxıb, fikirləşir.

Amma o bilmir ki, sən evdəki problemdən bezib, onlardan uzaqlaşmaq üçün velosipedi bəhanə edib çölə çıxdın. Əslinə qalsa, missiya zad yoxdur. Amma, Rüstəm sənin bu həyat tərzinə həsəd aparır.

-Son dövrlərdə məşhurlaşan coffeshoplardan və bahalı restoranlardan 360 dərəcə çəkilən videolar.

Bunların hamısının da qurma olduğunu sadəcə bir cümlə sübut edir:

– Azz, gözləyin də, stoldakılara əl vurmayın bir videosunu çəkim, statusa qoyacam – Rüstəmin istədiyi qız Lalə dostlarına deyir.

Bu da onu göstərir ki, o həmişə belə ideal həyat yaşamır. Sadəcə, özünü başqalarına, xüsusən Rüstəmə “kulturnu” qız kimi göstərməyə çalışır. Yenə qurbanımız divanda uzanıb, instagramda və whatsappda gündəmin nəbzini tutan Rüstəm oldu.

“Ördək sindromu”ndan danışmazdan əvvəl adının nəyə görə ördəkdən gəldiyinin bilmək lazımdır. Göldə üzən bir ördək düşünün. Necə də sakit və təmkinlidir, elə deyilmi? Əslində elə deyil. Suyun altında inanılmaz güc sərf edərək ördək suyun üstündə qalır və sakit görsənməyə çalışır. Deməli, sindromun tərifini belə verə bilərik: Qüsursuz görünmə yaxud özünü olduğundan daha yaxşı göstərmək. Yazıya sosial medialarla başlamaq səbəbi onun təsirinin daha çox olmasıdır. Təbii ki, istisnalar ola bilər, amma əksər insanlar sosial mediada ən yaxşı çəkilən videonu yaxud şəkili paylaşırlar. Yəqin ki, kiminsə daha pis rakursdan çəkilmiş şəkili paylaşdığını görməmisiniz. Çünki, araşdırmalar bunu göstərir ki, insanlar uğursuz olduqları, ya da pis hesab etdikləri şeyləri paylaşmazlar.

Ölkəmizdə geniş vüsət alan, problem olan səviyyəsiz romantik seriallar da buna bariz nümunədir. Belə ki, insanlar həmin seriallara baxaraq, öz həyatlarını lənətləyir; Niyə məndə belə imkan yoxdur? Niyə mənim dənizin kənarında evim olmamalıdır? Bu və daha bir çox bu tipdə sualları özlərinə verirlər. Bu da o deməkdir ki, həmin insan özünü aktyorlarla və oradakı şəraitlə müqayisə edir. Bu isə tamamilə yanlışdır. Çünki özünü başqasıyla müqasiyə edərkən hər kəs səhvə yol  verir. “Ördək sindromu”ndakı ördək  bizə doğru müqayisə üsulunu göstərir. Yəni, yalnız görününən yox, görünməyən tərəfləridə müqayisə etmək lazımdır.

Əlqərəz, insanın özünü başqalarıyla müqayisə etməyi elm insanları tərəfindən müsbət davranış kimi qarşılanmasa da, əksər insanlar buna davam edir. Bu zaman ağlınıza ördəyi gətirməyinizi istəyirəm. Unutmayın ki, hər kəs əslində bir “ördək”dir. Bu xüsusiyyət insanın təbiətində var. Hər birimiz sosial şəbəkələrdən istifadə etdiyimiz üçün, şübhəsiz ki, siz onları izləməyə davam edəcəksiniz. Amma, bu məqaləni oxuduqdan sonra ümid edirəm ki, siz ördəklərə baxanda həm suyun üstünü, həm altını görə biləcəksiniz.

Aydın Kərimli

Tribunainfo.az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=198864

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930