Şadlıq saraylarında şəxsiyyət vəsiqələri tələb ediləcək – VİDEO

28.02.2024 - 11:32

Bakıda 16 yaşlı qızın şadlıq saraylarından birində keçirilməsi nəzərdə tutulan toy mərasiminin qarşısı alınıb. Musavat.com xəbər verir ki, bununla bağlı Xəzər televiziyası süjet hazırlayıb.

Belə ki, həmin restoranın administratoru şifahi olaraq bildirib ki, Sabunçu Rayon İcra Hakimiyyətindən onunla əlaqə saxlanılıb, toyun keçirilməməsi barədə xəbərdarlıq olunub. Həmin toy qeyri-müəyyən müddətə təxirə salınıb. Sabunçu RİH-dən isə bildirilib ki, məkanın sahibi qızın azyaşlı olduğu haqqında məlumatı olmadığını bildirib. Bu səbəbdən də Sabunçu rayonu ərazisində yerləşən bütün toy məkanlarına toy edəcək olan cütlüklərin öncə şəxsiyyət vəsiqələrinin təqdim edilməsinə göstəriş verilib.

Bəs toy edən valideyn uşaqlarının şəxsiyyət vəsiqəsini təqdim etməkdən imtina edərsə, hansısa məsuliyyət tədbiri olacaqmı?

Daha ətraflı videoda:

Short URL: http://www.cumhuriyyet.net/?p=198893

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031