İnstitut direktoru işçilərin hüquqlarını pozub? – İradə Axunvoda cərimə edildi, narazı qaldı

01.03.2024 - 11:15
Elmi Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova ilə Dövlət Əmək Müfəttişliyi Xidməti arasında qalmaqal yaranıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, qalmaqala səbəb dövlət xidmətinin direktoru cərimələməsidir.
İradə Axundova İnzibati Xətalar Məcəlləsinin 198.1.5 və 192.4-cü maddələrinə əsasən cərimə edilib. Bu maddə normal əmək və istirahət rejiminə riayət edilməməsi, 192.4-cü maddə isə işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi ilə bağlıdır.
Birinci maddədə 500 manatdan 1000 manatadək, ikinci maddədə isə isə vəzifəli şəxslərin 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur. İradə Axundovaya konkret olaraq hansı məbləğdə cərimə yazıldığı barədə məlumat yoxdur.
Əldə etdiyimiz məlumata görə, direktor dövlət xidmətinin qərarını qanunsuz hesab edir. Bu baxımdan, o, şikayət ərizəsi ilə məhkəməyə müraciət edib. Onun şikayətinə Nizami Rayon Məhkəməsində baxılacaq. İş hakim Mətanət Hacıyevanın icraatındadır.
Elmi Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərir. İradə Axundova sözügedən institutun direktoru vəzifəsinə 2022-ci ildə təyin edilib.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=198949

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930