Sərxoş sürücü problemi: Azərbaycanda və dünyada vəziyyət necədir?

07.03.2024 - 13:56

Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumata görə Azərbaycanda ötən ay 969 nəfər sərxoş sürücü müəyyən edilib. Maraqlıdır, bu statistika hansı mətləblərdən xəbər verir? Sərxoş sürücülərlə bağlı Azərbaycanda və dünyada vəziyyət necədir? Moderator.az-a açıqlama verən hüquqşünas Ərşad Hüseynov Azərbaycanda bu sahədə vəziyyətin dünyanın digər ölkələri ilə müqayisədə xeyli dərəcədə yaxşı olduğunu bildirib: “Mövcud statistikaya görə, Azərbqaycanda il ərzində təxminən 12-13 min sərxoş sürücü müəyyən edilir ki, bu da dünyanın ən inkişaf etmiş ölkləri ilə müqayisədə belə yaxşı göstəricidir. Söhbət müqayisəli təhlildən gedir. Digər ölkələrdə, eləcə də Rusiyada bu rəqəm xeyli yüksəkdir.

Azərbaycan sərxoş sürücülər tərəfindən törədilən cinayət tərkibli hadisələrin sayına görə də digər ölkələrdən geridədir. Ancaq təbii, daha yaxşı olardı ki, sürücülərimiz bu və digər təhlükəsizlik tədbirlərinə ciddi fikri versinlər, sərxoş halda sükan arxasında əyləşməsinlər. Unutmayaq ki, bu, hər kəsin öz əlində olan, öz iradəsinə bağlı bir məsələdir. Buna görə də hər kəs bu məsələdə diqqətli olmalı, anlamalıdr ki, sərxoş hadla avtomobil idartə etmək hər şeydən öncə onların öz həyatlarına ciddi təhlükə vəd edir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=199080

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930