Ukraynadan Gürcüstana SENSASİON TƏLƏB: Saakaşvilini…

12.03.2024 - 11:30

Ukrayna hökuməti Gürcüstandan Rusiya ilə 2023-cü ildə bərpa olunan uçuşları dayandırmağı, həmçinin eks-prezident Mixail Saakaşvilini həbsdən azad etməyi tələb edir.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukraynanın hakim “Xalqın xidmətçisi” partiyasının fraksiya rəhbəri David Araxamiya deyib.

Onun sözlərinə görə, bu şərtlərin yerinə yetirilməsi Kiyev və Tiflis arasında münasibətlərin normallaşmasına imkan verəcək.

“Əgər doğrudan da normallaşmadan danışırıqsa, onda bunun üçün bir plan var: vətəndaşımız Mixail Saakaşvilini həbsdən azad edib geri qaytarmaq, Rusiya Federasiyası ilə birbaşa uçuşları dayandırmaq”, – deyə siyasətçi teleqram kanalında bildirib.

Araxamiyanın fikrincə, Gürcüstan rəhbərliyi Moskvaya Qərbin sanksiyalarından yan keçməyə kömək etməyi dayandırmalıdır. Parlamentari əmindir ki, bu baş verən kimi Ukrayna-Gürcüstan münasibətləri normallaşacaq.

Bir gün əvvəl Gürcüstan hökuməti rəsmi Kiyevi respublikaya qarşı qeyri-dost addımlarına görə tənqid edib. Nazirlər Kabinetinin bəyanatında deyilir ki, Gürcüstan iki ildir Ukrayna ilə həmrəydir, lakin Kiyev öz səfirini Tiflisdən geri çağırıb və Gürcüstanın diplomatik missiyasının rəhbərini öz ərazisindən qovub.

Short URL: http://www.cumhuriyyet.net/?p=199180

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930