AFFA prezidentliyinə iki namizəd: Hansı daha uyğundur?

13.03.2024 - 10:58

Aprelin 2-də AFFA-nın yeni prezidenti bəlli olmalıdır. AFFA prezidenti seçki yolu ilə müəyyən edilməlidir. Amma Azərbaycan futbolunda bu, formal olaraq belədir. AFFA prezidenti təyin edilir, göstəriş verilir və formal səsvermə keçirilir.

Elə ona görə də, hələ nə namizədlər var, nə onların platforması, nə də təbliğat-təşviqat işi. Ancaq bu o demək deyil ki, AFFA prezidenti postu uğurunda mübarizə getmir. Yox, pərdə arxasında iki qruplaşma arasında gərgin mübarizə gedir.

Bir qruplaşma SOCAR prezidenti Rövşən Nəcəfin, digəri isə “Zirə”nin Müşahidə Şurasının sədri Orxan Məmmədovun AFFA-ya rəhbərlik etməsini istəyir.

Hər iki namizəd futbol ictimaiyyətini qane etmir. Çünki futbol sahəsində qeyri-peşəkar, bacarıqsız olduqları bəllidir. Amma ictimaiyyətin fikri heç kim üçün önəmli deyil. Hər kəsə bəllidir ki, futbol təsərrüfatı peşəkarlara tapşırılmayacaq. Ona görə də ictimaiyyət ümid edir ki, heç olmasa, pisin yaxşısını rəhbər təyin edərlər.

Bəs pisin yaxşısı kimdir? Orxan Məmmədov. “Zirə”nin rəhbəri futbolu, idarəetməni bilməsə də, yanında peşəkarlar var. Varsa, deməli, onların tövsiyələrini dinləyir, qərar qəbul edərkən peşəkarların dediklərini nəzərə alır.

Təbii ki, söhbət Rəşad Sadıqovdan və digər futbol adamlarından gedir.

Amma Rövşən Nəcəfin yanında belə peşəkarlar yoxdur. SOCAR prezidenti “qaqulya”larla işləməyə üstünlük verir. Ona görə də, verdikləri qərarlar ard-arda fiaskoya uğrayır. “Neftçi”nin baş məşqçisi ilə bağlı verilən qərarlara baxdıqda, Rövşən Nəcəfin Azərbaycan futbolu üçün necə böyük təhlükə olduğu aşkar sezilir. Onu müdafiə edən qrup qalib gəlsə, Azərbaycan futbolu hələ uzun illər “qaqulya”ların monopoliyasında olacaq. Deməli, görəcəkli günlər qarşıdadır.(aut.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=199204

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930