“Ramazan biznesi” – Bakıda 75 manata iftar süfrəsi

15.03.2024 - 13:44

Kafe və restoranlarda müxtəlif qiymət və çeşiddə iftar menyuları tıklif olunur. Bir sıra şəxslər isə bu menyuların Ramazan ayı üçün baha olduğunu qeyd edir. Qiymətlərdən əlavə, təklif olunan yeməklərin nə dərəcədə halal və oruc açmağa yararlı olması da gündəmdə olan məsələlərdəndir. Maraqlıdır, restoranlara öz sağlamlığımızı etibar edib halal qaydada orucumuzu açmaq olarmı? 

Mövzu barədə “Yeni Sabah”a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri, qida eksperti Eyyub Hüseynov bəzi nüanslardan söz açıb: “Azad İstehlakçılar Birliyinə Ramazan ayı başlayandan bəri iftar süfrələri ilə bağlı zənglər və müraciətlər daxil olur. İftar süfrəsinin 1 nəfər üçün nəzərdə tutulan qiyməti 75 manat olan yerlər olduğu da bildirilir. Biznes qurumları vəziyyətdən, insanların inancından, xeyirxahlıq etməyindən istifadə edir və müqəddəs ayda xeyirxah əməllərə qoşulmaq istəmirlər. Çox təəssüflər olsun ki, bu problem yaşanır. Yeməklərin halal olması ilə bağlı da müəmmalar var. Halal standart və sertifikatlaşdırma müəyyən mallar üçün qəbul olunub. Biznes qurumları, restoranlar üçün isə belə bir sertifikatlaşdırma həyata keçirilmir. Əgər belə bir standart təyin olunsa, inancı olan insanların xüsusi statuslu restoranlarda iftar etməsi daha doğru olardı. Ancaq heyf ki, belə bir standart hələ yoxdur”.

Ekspert bildirib ki, menyu qiymətləri insanları qane etmir və narazılığa səbəb olur:

“Təqdim olunan iftar menyularının qiymətləri yüksək olduğundan əhali bu vəziyyətə istehza ilə yanaşır. Biznes qurumları hazırkı vəziyyətdən istifadə edir və istehlakçı hüquqlarını bu cür qiymət siyasəti ilə pozurlar. Bu problem həll olunmalıdır. Nazirlər Kabineti sözügedən məsələ ilə bağlı müəyyən qərar qəbul etməlidir ki, biznes qurumları tərəfindən istehlakçı ilə belə rəftar olunmasın.

İnsanlar, adətən, belə iftar süfrələri təşkil etməklə, bir növ savab qazanmaq istəyir və oruc tutan şəxslərə qonaqlıq hədiyyə edirlər. Bu çox yaxşı addımdır və geniş yayılmalıdır. Bundan əlavə, belə bir təşəbbüs edib, kənd yerlərində borcu olan şəxslərin borcunu bağlamaq da savab işdir. Mən bunu 2 il öncə kəndlərdən birində etmişdim. Məndən sonra çox sayda insan bu ənənəyə qoşuldu. Çalışacam ki, bu il də borc dəftərlərinin bağlanması təşəbbüsünü həyata keçirim. Düşünürəm ki, bu da olduqca xeyirxah əməldir. Həmçinin, restoran sahibləri, biznes adamları da iftar menyularının qiymətini artırmaq yerinə, bu ənənəyə qoşulmalıdır”.

Short URL: http://www.cumhuriyyet.net/?p=199335

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31