Oqtay Şirəliyevə protokol yazıldı

16.03.2024 - 11:41

“Respublika Diaqnostika Mərkəzi” Açıq Səhmdar Cəmiyyəti (ASC) barəsində informasiyadan istifadə edilməsi, onun yayılması və mühafizəsi qaydaları əleyhinə olan (Fərdi məlumatlar haqqında qanunvericiliyin pozulması) inzibati xəta protokolu tərtib edilib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, protokol İnzibati Xətalar Məcəlləsinin 375.0.1-ci maddəsi ilə iddası ilə irəli sürülüb.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 375.0.1-ci maddəsinə əsasən, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən informasiya sistemində fərdi məlumatların toplanılmasına və ya işlənilməsinə görə 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir. İş Nəsimi Rayon Məhkəməsinin hakimi Anar İbadzadənin icraatındadır.

Qeyd edək ki, sabiq səhiyyə naziri Oqtay Şirəliyev “Respublika Diaqnostika Mərkəzi” ASC-nin direktoru, qanuni təmsilçisidir.

Short URL: http://www.cumhuriyyet.net/?p=199374

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31