Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

29.03.2024 - 12:12

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev “Formula 1” oyunlarının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur. “Qafqazinfo” Çingiz Mehdiyev və onun cinayəti ilə bağlı bəzi maraqlı məqamları əldə edib.

Ç.Mehdiyev 2006-cı ildə Amerikaya köçüb, oranın vətəndaşlığını qəbul edib. O, pasport alarkən ad-soyadını da dəyişib, Gino Metie kimi qeydə alınıb. Gino Metie bir il sonra Nyu-York şəhərində Nərminə adlı xanımla evlənib, onların bir qızı dünyaya gəlib. 2019-cu ildən onların münasibəti korlanıb, 2023-cü ildə boşanmaq üçün məhkəməyə müraciət ediblər.

Məlumata görə, Azərbaycana qayıtdıqdan sonra yenidən Çingiz Mehdiyev ad-soyadı ilə işə başlayan təqsirləndirilən şəxsi istintaqda ifşa edənlərdən biri elə arvadı Nərminə Ələkbərova olub.

Ələkbərova istintaqa verdiyi ifadəsində ərinin qanunsuz fəaliyyətlərindən danışıb, onun mənimsədiyi pullarla qardaşının adına Amerikada bahalı mülklər aldığını deyib. O, əri ilə üzləşməsində də onu ifşa edib. Nərminə həmçinin Çingizin anasının adına Seyşel adalarında şirkət açdığını, həmin şirkətə yüklü miqdarda pullar köçürməsindən də danışıb.

Bakı Şəhər Halqası Əməliyyat şirkətinin sabiq icraçı direktoru mərhum gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimov olub.

Arif Rəhimov

Ç.Mehdiyevi də vəzifəyə o təyin edib. İstintaqın gedişində Arif Rəhimov da müstəntiqə ifadə verib. Hələ ki, məhkəmə istintaqı başlamadığına görə, bu haqda geniş məlumat verə bilmirik. Qısa olaraq onu deyə bilərik ki, Rəhimov ifadəsində Ç.Mehdiyevin qanunsuz fəaliyyətlərindən, ələ keçirdiyi pullarla ABŞ-də mülklər almasından xəbərsiz olduğunu deyib.

Çingiz Mehdiyevin cinayət işinə görə Bakıda yerləşən əmlakları üzərinə həbs qoyulub. Həmin əmlaklara bahalı evlər və torpaq sahələri daxildir.

Qeyd edək ki, Ç.Mehdiyev haqda istintaq dövrü müddətinə həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. İş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılacaq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=199682

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930