Göytəpə meşəsində “soyqırım”: 20 gündə minlərlə ağac kəsilib – VİDEO

30.03.2024 - 11:03

Cəlilabad rayonu, Göytəpə meşəbəyliyinin 13 saylı dolayında kütləvi ağac kəsilməsi qeydə alınıb.

Cəlilabad rayonu Göytəpə meşəbəyliyinin 13 saylı dolayında kütləvi ağac qırıntıları qeydə alınıb. Bu barədə cumhuriyyet.az- a Cəlilabad sakini Nəhmətov Əli məlumat verib.

Onun sözlərinə görə, çəkdiyi görüntülər kütləvi ağac qırıntılarının cüzi bir hissəsini təşkil edir. Son günlər, konkret 20 gün ərzində sözügedən dolayda minlərlə ağac kəsilib. Ağacları yerli ekologiya idarələrinin əməkdaşlarının iştirakı ilə məhv edilib. Əli Nəhmətov Prezident İlham Əliyevdən kömək istəyərək bildirir ki, 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbərliyi meşələri məhv etdirməklə biznes maraqlarını həyata keçirməkdədir.

 

İddiaya görə, 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbərliyi meşələri məhv etdirməklə biznes maraqlarını həyata keçirməkdədir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova saytımıza açıqlamasında bildirib ki, məsələ ilə bağlı araşdırma aparılacaq. Araşdırmanın nəticəsi ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, bu ilin yanvar ayında da Cəlilabad rayonun Göytəpə şəhərinin meşələrində nadir ağac cinslərindən olan ağaclar kəsilib. Həmin hadisədə də günahkar kimi yerli ekologiya idarələrinin əməkdaşlarının adı çəkilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=199724

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930