Yasamalda yaşıllıq belə məhv olunur-FOTO,VİDEO

30.03.2024 - 14:10

Yasamal rayonu, Nərimanov prospekti 5-də, Nəriman Nərimanovun heykəlinin yaxınlığındakı 7 mərtəbəli binanın 1-ci mərtəbəsində obyekt tikintisi zamanı çoxillik şam ağaclarına ziyan vurulub, bir çox ağaclar isə ümumiyyətlə yerindən çıxarılıb aparılıb. Hadisə Nərimanov prospektinin yamac hissəsində baş verib.

Tikintidə işləyən fəhlələrin Tribunainfo.az-ın əməkdaşına dediyinə görə təyinatı bəlli olmayan obyektə ağaclığın içindən maşın yolu açılır.

Abtomobillərin rahat gedib-gəlməsi, park edilməsi üçün 6 çoxillik şam ağacları yerindən çıxarılıb.

Fəhlələrin dediyinə görə guya həmin ağacları kəsməyiblər, kökündən çıxarıb başqa yerdə əkiblər, amma harda əkiblər məlum deyil.

Bundan başqa tikintini aparanlar 500 kvadratmetrlik yaşıllıq ərazisini məhv edərək həmin yerə beton töküblər, 200 kvadratmetrə yaxın qazon ortüyünü isə qazıb yerindən götürərək özlərinə parkovka yeri düzəldiblər. Həmçinin digər çoxillik şam ağaclarının dibinə sementlə qarışdırılmış suyu axıdıblar ki, ağaclar süni surətdə qurusun.

Hal-hazırda ərazidə qanunsuz işlər davam edir.

Tribunainfo.az-ın əməkdaşının hadisə yerindən çəkdiyi fotoları və videonu təqdim edirik.
     

Short URL: http://www.cumhuriyyet.net/?p=199755

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728