Dövlətdən milyonlar oğurlayan sabiq gömrük şefləri Qarabağın bərpasına qəpik ayırmır, əcaba niyə?

03.04.2024 - 11:17

Prezient İlham Əliyevin gömrük sistemində apardığı islahatlar və bu islahatların müsbət nəticəsi heç kimə sirr deyil. Məhz bu islahaların nəticəsi idi ki, uzun illər gömrük rəhbərliyində kök salan, korrupsioner əməlləri ilə daim media və sosial mediada gündəmə gələn bir çox gömrük məmuru işdən qovulmuş, onlar gənc və bacarıqlı kadrlarla əvəzlənmişdir. Lakin maraqlıdır ki, uzun illər dövlət büdcəsindən milyonlar oğurlayan, qanunsuz yollarla külli miqdarda sərvətə sahiblənən bu insanlar nə Vətən müharibəsi, nə də postmüharibə dönəmində dövlətin yanında olmamış, zəfərimizə və Qarabağda aparılan quruculuq prosesinə heç bir töhfə verməmişdir. Bu şəxslərdən Dövlət Gömrük Xidmətinin sabiq sədr müavini Əsgər Abdullayev, Bakı Baş Gömrük İdarəsinin sabiq rəisi Vüsal Novruzov və Dövlət Gömrük Xidmətinin sabiq sədri Aydın Əliyev xüsusilə diqqət çəkir.

Ailə büdcəsi dövlət büdcəsinə bərabər olan sabiq məmurlar…

Qeyd edək ki, hər üç şəxsin – Aydın Əliyev, Əsgər Abdullayev və Vüsal Novruzovun sahib olduğu başgicəlləndirici sərvət haqqında son 20 ildə ölkə mediasında kifayət qədər məlumat yer alıb.  Bu məlumatların bir çoxu hər üç şəxsin hələ yüksək dövlət postunda çalışdığı zamanlarda işıq üzü görmüş, böyük maraq və ilgiyə səbəb olmuşdur. İşin ən maraqlı tərəflərindən biri isə budur  ki, konkret faktlar əsasında yayımlanan bu məlumatlar həmin şəxslər tərəfindən də təkzib edilməmiş, əksinə, digər mənbələr tərəfindən təsdiq edilmişdir. Hər üç şəxsdən yalnız Vüsal Novruzov mediada dərc edilən məlumatlara daha həssas reaksiya vermiş, bu cür yazıların qarşısını media ilə əlaqələr qurmaq, onlarla əməkdaşlıq etməklə önləməyə çalışmışdır. Bütün bu müddət ərzində rüşvət və korrupsiya yolu ilə nəhəng sərvət əldə edən hər üç məmur ölkə miqyasında böyük güc əldə etmiş, sadəcə gömrük deyil, digər sahələrdə də bəlli miqyasda söz sahibinə çevrilmişdir.

Ailə büdcəsi dövlət büdcəsinə bərabər olan bu şəxslər öz kapitallarını qorumaq və genişləndirmək üçün böyük biznes imperiyası formalaşdırmışdır ki, bu gün də həmin biznes sabiq gömrük məmurlarına milyonlar qazandırmaqdadır. Lakin təəssüflər olsun ki, hər üç məmurun heç biri nə Vətən müharibəsində, nə də postmüharibə dönəmində öz sinsuz kapitallarıdnan dövlət və ictimai maraqlar üçün bir qəpik də olsun xərcləməmiş, baş verən prosesləri sadəcə kənardan seyr etməklə kifayətlənmişdilər.

Pulu vətən sevgisindən üstün tutanlar…

Maraqlıdır, dövlət büdcəsini talamaq hesabına özlərinə, yaxınlarına dəyəri yüz milyonlarla hesablana böyük var-dövlət toplayan bu şəxslərin dövlətin, xalqın çətin günündə onların yanında olmamasına səbəb nədir? Niyə xalqın və dövlətin sərvəti hesabına cah-cəlala qovuşanlar bu gün Qarabağın yenidən qurulması prosesinə bir manat vəsait ayırmağı özləri üçün dəhşətli itki hesab edir?

Bütün bunlarıns adə bir izahı mövcuddur. Buna səbəb hər üç şəxsin pulu, var-dövləti vətən sevgisindən, vətən məhəbbətindən üstün tutması, qızıla, ləl-cəvahirə beyət etməsidir. Elə bu səbəbdən də nə müharibə dönəmində, nə də müharibədən sonrakı 4 il ərzində Aydın Əliyev, Əsgər Abdullayev və Vüsal Novruzov üçlüyü milli maraqlar naminə bir manat da olsun vəsait xərcləməmiş, əksinə, öz bizneslərini genişləndirməyə çalışmışdır. Halbuki, bu şəxslər büdcədən oğurladıqları pulların heç deyilsə bir qismini Qarabağdakı quruculuq prosesinə sərf etməklə öz günahlarıənı qismən də olsa yumaq imkanı əldə edə bilərdilər. Lakin görünür hər üç şəxs özünü tam təhlükəsizlikdə hiss etdiyi üçün Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan quruculuq prosesində hər hansı bir formada iştirak etməyə lüzum görmürlər.

Ümid edək ki, əlaqədar dövlət qurumları sabiq gömrük şeflərinin bu xəyanətinə diqqət yetirəcək, sahib olduqları milyonlarla pulun mənbəyini onlara xatırladacaqlar.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=199883

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930