Məktəblilər Ramazan bayramında neçə gün evdə olacaq?

04.04.2024 - 12:43

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri məlum olub. Mia.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, 5 günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl son iş günü 9 aprel, bayramdan sonrakı ilk iş günü 15 aprel tarixidir. 6 günlük qrafiklə işləyən müəssisələrdə isə bayramdan əvvəl son iş günü 9 aprel, bayramdan sonrakı ilk iş günü 12 aprel tarixidir.

Qeyd edək ki, Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” müvafiq Qərarına əsasən, 2024-cü ilin 12 aprel iş günü ilə müvafiq olaraq 6 aprel istirahət gününün yerləri dəyişdirilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=199932

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930