“Xəzərin sahilində” adlı intellektual yarışın qalibləri müəyyən olundu-FOTO

12.04.2024 - 12:39

11 apreldə  Sumqayıtda Heydər Əliyev Mərkəzində “HedaCore” İOK-un təşkilatçılığı, “Lider Hazırlıq Mərkəzi”nin və “Gənclərin İnkişafı və Karyera Mərkəzi”nin dəstəyi ilə əfsanəvi “Yuxu” qrupuna həsr olunmuş “Xəzərin sahilində” adlı intellektual yarış baş tutdu. 15 komandanın iştirak etdiyi bu yarışda münsiflər heyəti -“Lider Hazırlıq Mərkəzi”nin koordinatoru Radji Gulamirov, kitabçı və şair Xan Rəsuloğlu, jurnalist İmran Kərimli, İbrahim Eminin davamçısı, musiqiçi Elçin Emin sağlam rəqabət mühitinin təmin etməyə çalışdılar. GİKM-in Abşeron-Xızı nümayəndələri Sevinc Qasımova və Ləman Muradi təşkilatçıları məkan və lazımi avadanlıqlarla təmin ediblər. 

Layihə rəhbəri Aydın Kərimli və komandanın digər üzvləri – Zaur Həşimov, Xasay Dadaşzadə, Tunar Eyyublu, Həzrət Əlizadə yarışın keçiriliməsi üçün lazım olan bütün təşkilati prosesləri öz üzərilərinə götürmüşdülər. 

Münsiflər heyəti – “Lider Hazırlıq Mərkəzi”nin koordinatoru Radji Gulamirov, Xan Rəsuloğlu, İmran Kərimli və Elçin Emin çıxış edərək öz ürək sözlərini demiş və komandalara uğurlar arzuladılar. 

Tədbirdə “Yuxu” qrupunun “Xəzərin sahilində” mahnısı səsləndirilib. 

Gərgin və maraqlı keçən bilik yarışmasında “Brainiacs” komandası qalib oldu. 

Qalibdən kiçik xal fərqi ilə 2-ci və 3-cü yerləri, müvafiq olaraq “TETaTET” və “Avrora” komandaları tutub. 

Hər bir iştirakçı “Lider Hazırlıq Mərkəzi” tərəfindən sertifikatlar və güzəşt kuponları ilə təmin edildi. Həmçinin, Xan Rəsuloğlu fərdi olaraq suallar verərək düzgün cavab verən iştirakçılara müxtəlif janrlarda kitablar hədiyyə etdi. 

Tədbirdə bu yarışın keçirilməsində əməyi keçən hər kəsə təşəkkür edildi. 

 

                                              

Short URL: http://www.cumhuriyyet.net/?p=199968

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930