Əfv sərəncamı nə vaxt veriləcək, kimlərə şamil ediləcək? – Komissiya üzvü

02.05.2024 - 12:36
“Bu günə kimi Əfv Komissiyasında 400-ə yaxın müraciətə baxılıb”.
Bunu Qaynarinfo-ya açıqlamasında Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib. Onun sözlərinə görə, bu dəfə əfv sərəncamı may ayının sonlarına yaxın imzalana bilər:
“Çünkü iclaslarımız hələ davam edir. Mayın 9-na kimi iclasların yekunlaşacağına inanmıram. Sərəncamın nə vaxt verilməsini dəqiq söyləmək mümkün deyil. Çünki əfv hüququ Prezidentin səlahiyyətinə aid olan məsələdir. Bu məsələni Prezident həll edir”.
Əliməmməd Nuriyevin sözlərinə görə, müaciətlərə baxılması prosesi davam edir:
“Hələ baxılmamış müraciətlər var. Onların hər birinə baxılacaq. Bu gün də iclasımız var, müəyyən qədər müraciətlərə baxılacaq”.
Əlməmməd Nuriyev əlavə edib ki, əfv sərəncamının kimlərə şamil edilməsi məsələsi Prezidentin səlahiyyətləri çərçivəsindədir.

Short URL: http://www.cumhuriyyet.net/?p=200280

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031