Uşaqlar arasında gizli xəstəlik: Öldürür! – Həkimdən XƏBƏRDARLIQ

24.05.2024 - 14:47

Bakıda azyaşlı ürəktutmasından vəfat edib. Belə ki, birinci sinif şagirdi Eyvazlı Xanım ötən gün ürəktumasından dünyasını dəyişib.

Son illər ölkəmizdə ürəktutmadan vəfat edən gənc və azyaşlıların sayı durmadan artır.

Bəs ürəktutma yaşı niyə bu qədər gəncləşib? Gənclərin bu yaşda ürək problemlərinin səbəbi nədir?

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Elmi Tədqiqat Kardiologiya İnstitutunun böyük elmi işçisi, tibb elmləri namizədi, kardioloq Rafiq Yusifli bildirib ki, mütləq valideynlər övladlarını mütəmadi olaraq yoxlanışa aparmalıdırlar:

“Bu yaşda qəfləti ölümlər əsasən kəskin ritm pozulmalarından ola bilər. Bütün uşaqlar doğulan vaxtdan uşaq kardioloqu tərəfindən yoxlanmalıdır, ürək qüsurları, ürəyin ritm, keçiricilik sistemi yoxlanmalıdır – bunlara müvafiq müasir tibbimizdə çox üsullar var. Məqsədli profilaktik müayinə – erkən aşkar etmək vaxtında yardımın əsasıdır!”

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında invaziv uşaq kardioloqu Elnur İmanov saytımıza bildirib ki, bəzən valideyn etinasızlığı faciə ilə nəticələnə bilir:

“Qanunvericiliyə əsasən, 18 yaşına qədər hər uşağın ürəyi periodik olaraq 5 dəfə yoxlanmalıdır. Ancaq bəzən valideynlər buna etinasız yanaşırlar, uşaqları gətirmirlər. Bu səbəbdən gizli inkişaf edən xəstəliklər olur. Təəssüf ki, ürəktutmaları son illər gənc yaşlarda da görünməyə başlayıb. Ona görə də bunun mənbəyini çözmək lazımdır. Bunun niyə yarandığını, səbəbin nə olfduğunu araşdırıb tapmaq və onu müalicə etmək lazımdır. Adətən aritmiya dediyimiz ürək ritminin pozğunluğu əsas səbəblərdən biri olur.

Bu problem daha çox genetik olur. Əgər valideynlər uşaqlarında təngənəfəslik, tez yorulma, halsızlıq kimi şikayətlər müşahidə etsələr, dərhal uşaq kardioloquna müraciət etməlidirlər. Vaxtında aparılan müayinə müalicənin yarısıdır”.

Short URL: http://www.cumhuriyyet.net/?p=200519

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031