Qalmaqallı Lamiyə Bakıya köçür
Həbsdə ana olması ilə gündəmə gələn və daha sonra azadlığa buraxılan Lamiyə paytaxtda məskunlaşmaq arzusundadır. Ona iş və mənzil şəraiti yaradılacağı gözlənilir.
12 il həbsdən sonra azadlığa çıxan L.Quliyeva övladı ilə birlikdə Bakıda yaşamaq planı qurub. Onu da deyək ki, Lamiyə şəxsiyyət vəsiqəsi alıb. Quliyeva ilk dəfə vətəndaş kimi qeydiyyata alınıb. O, həbs ediləndə 15 yaşı olub.
Sonrakı dövrdə isə cəzaçəkmə müəssisəsində ona şəxsiyyət vəsiqəsi verilməyib. Qeyd edək ki, 2003-cü ildə Lamiyə Şəmkirin eks-başçısı Aslan Aslanovun oğlu Ruslanı namusa toxunduğu iddiası ilə öldürdüyünü bildirib.
Məhkəmə Lamiyəyə 10 il, keçmiş nişanlısı Vüqar Əliyevə ömürlük hökm oxuyub. Həbsxanada nəzarətçinin döyməsi ittihamı ilə Lamiyənin işi daha 5 il artırılıb.(Tia.az)
Short URL: http://www.cumhuriyyet.net/?p=20059