Əmlak kirayə verib və ya alarkən ehtiyatlı olun – Ekspertdən xəbərdarlıq

25.05.2024 - 14:14
“Bir müddətdir ki, müxtəlif sosial şəbəkələrdə mənzillərini və qeyri-yaşayış obyektlərini kirayə verən şəxslərin şikayətləri yayımlanır. Belə ki, vətəndaşlar öz əmlaklarını kirayə verir və sonra məlum olur ki, onların xəbəri olmadan əmlakları başqa şəxslərə satılıb”. Cumhuriyyet.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib. Ekspert qeyd edib ki, bunları törədən bir qrup cinayətkar dəstədir: “Onlar xüsusən Bakı şəhərində mənzilləri və qeyri-yaşayış obyektlərini uzunmüddətli kirayəyə götürür, bu zaman əmlak sahibi haqqında araşdırma aparır, barəsində məlumatlar toplayırlar”.
Ekspert qeyd edib ki, cinayətkar dəstə öz qurbanlarını seçərkən daha çox subay, ailəsi olmayan şəxslərə üstünlük verirlər ki, bunun da səbəbi var: “Ona görə ki, planları baş tutduğu zaman həmin şəxsin həyat yoldaşının notariusda razılığına ehtiyac qalmasın, həmçinin mənzildə heç kəs qeydiyyatda olmasın.
Beləliklə, vətəndaşlardan əmlaklarını uzunmüddətli kirayəyə götürür, kirayə müqaviləsini rəsmi notarial qaydada bağlayırlar. Təbii ki, müqavilələrdə həm əmlak, həm də əmlak sahibi haqqında müəyyən məlumatlar öz əksini tapır. Cinayətkar dəstə həmin əmlakın çıxarışının, həmçinin əmlak sahibinin şəxsiyyət vəsiqəsinin surətini götürür, daha sonra əmlak sahibinin adından əmlakın satılmasına görə Rusiyanın şəhərlərində notarial orqanlarda öz adamlarına etibarnamə verirlər. Daha sonra həmin etibarnamə ilə Azərbaycana gələrək, əmlakı öz ətrafında olan adamların adına keçirir və başqasına satırlar.
Ona görə də əmlak alarkən mütləq şəkildə kiçik də olsa, araşdırma aparın. Məsələn, əgər alınacaq mənzil binada yerləşirsə, mütləq gedib həmin binanın komendantından, qonşulardan, sahə müvəkkilindən və yaxud mənzil istismar idarələrindən həmin əmlak bağlı məlumatlar alın, evin sahibi haqqında maraqlanın. Tam əmin olduqda ki, sizə mənzili satan şəxs mənzilin sahibidir, o zaman əmlakı alın. Əks halda siz də qurbanlardan birinə çevrilə bilərsiniz”.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=200601

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2024
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930