Bakının səması niyə tozludur? – AÇIQLANDI

27.05.2024 - 11:54

Bir neçə gündür Bakı və Abşeron yarımadasında havada tozun miqdarının normadan çox olduğu müşahidə olunur. Rəsmi məlumata əsasən, hazırda Bakı və Abşeron yarımadasında havada tozun miqdarı normadan 2.8-3.2 dəfə çoxdur. Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir və sinoptik şəraitlə əlaqədar olaraq şimal-qərb istiqamətli küləyin təsiri nəticəsində gün ərzində tozun miqdarının tədricən azalacağı gözlənilir. “Biosfer” İctimai Birliyinin sədri, ekoloq Qorxmaz İbrahimli İqtisadiyyat.az-a açıqlamasında deyib ki, Bakı və Abşeron yarımadasında havada tozun miqdarının normadan çox olmasının səbəbi şərq küləkləri nəticəsində Orta Asiyada səhralardan qalxan toz dumanının gəlməsidir.

Onun sözlərinə görə, eyni zamanda bəzən Yaxın Şərqdən, Afrikadan, Ərəbistandan da çox güclü küləklər şəklində toz dumanı ölkəmizə daxil olur. Ekoloq deyir ki, amma hazırda havada müşahidə olunan qatılıq ölkə daxilində olan toz dumanı deyil: “Bu, Şərqdən daxil olan tozdur. Yəni Orta Asiyadan, Türmənistan ərazisindən daxil olan küləklərdir. Bunun iqlim dəyişikliyi ilə heç bir əlaqəsi yoxdur. Dünyanın hər yerində belə hallar baş verir. Xüsusən səhra bölgələrində güclü külək olduqda müxtəlif istiqamətlərə toz daşınır”.

Mütəxəssis həmçinin vurğulayıb ki, havada olan toz dumanı insanların tənəffüs orqanlarına müəyyən təsir göstərir: “Adətən belə toz dumanı 1-2 günə keçib gedir. Amma hazırda iqlim də o qədər dəyişib ki, dəqiq bilmək olmur. Builki may ayı da iqlim dəyişikliyinə o qədər də aidiyyatı olmasa da, bir az yağıntılı, küləkli keçdi. İndi də hava isinməyə başlayır. Belə dəyişkən hava şəraitində toz dumanının bu gün və yaxud da sabaha bitəcəyini dəqiq demək olmur”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=200627

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2024
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930