Keçmiş AzTV sədri və ailəsinə sui-qəsd: Məhkəmə qərar verdi

29.05.2024 - 11:37

Ali Məhkəmə AzTV-nin keçmiş sədri Arif Alışanov və onun ailə üzvlərinə qarşı sui-qəsdə cəhd etməkdə təqsirləndirilən Şücaət Əkbərov və Zöhrab Şirinov barəsində qərar verib. Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən iclasda onların hökmdən verdikləri kassasiya şikayəti təmin olunmayıb.

Qeyd edək ki, sui-qəsd cəhdi ilə bağlı 2017-ci ildə 4 nəfər həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şücaət Əkbərov 18 il, Qoçəli Cəbiyev 17 il, Zöhrab Şirinov 16 il, Aqşin Hüseynov isə 1 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.

A.Hüseynov cəzasını istintaq və məhkəmə müddətində çəkdiyi üçün məhkəmə zalından azadlığa buraxılıb. Q.Cəbiyev isə 2020-ci ildə həbsdə vəfat edib. Sonradan Apellyasiya Məhkəməsi Ş.Əkbərovun cəzasını 16 ilə, Z.Şirinovun cəzasını isə 14 il 6 aya endirib.

İttihama görə, Ş.Əkbərov 2013-cü ilin iyul ayından 2017-ci ilin yanvarınadək Şamaxı rayonunda və Bakı şəhərində külli miqdarda özgə əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədilə dələduzluq edərək, mütəşəkkil dəstə yaradıb, qanunsuz olaraq silah-sursat əldə edib, sifarişlə Arif Alışanov və onun ailə üzvlərini öldürməyə cəhd edib. O, A.Alışanovun 4,6 milyon manatlıq əmlakını ələ keçirmək istəyib.

Xatırladaq ki, Ş.Əkbərovun Arif Alışanovla biznes ortağı olduğu idda edilib. Alışanov 2019-cu ildə AzTV-nin sədri vəzifəsindən azad olunub. (Report)

Short URL: http://www.cumhuriyyet.net/?p=200720

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031