“Söyüşcül mühacirlər” bu müğənniləri də şantaj edib

31.05.2024 - 11:41

Avropanın müxtəlif ölkələrində yaşayan “söyüşcül mühacirlər”in Azərbaycanda ayrı-ayrı vəzifəli şəxsləri təhqir, şantaj edərək pul alması ilə bağlı lmaniyanın, Fransanın və İsveçrənin prokurorluq orqanları tərəfindən dindirildiklərini etiraf ediblər. Belə ki, youtube üzərindən ayrı-ayrı şəxsləri təhqir və şantaj edən bu şəxslər onlara qarşı kampaniyanı dayandırmaq üçün hədəf seçdikləri adamlardan aldıqları pullardır.

Onların özlərinə, yaxınlarına və təqdim etdikləri bank hesablarına köçürülən bu vəsaitlər isə xüsusi nəzarət altında həyata keçirilib. Belə ki, zərərçəkənlər həmin vəsaitləri bu şəxslərə ötürməzdən öncə həmin ölkələrin hüquq-mühafizə orqanlarını bilgiləndirib. Avropaya daxil olan bu vəsaitlərin  isə mənbəyi göstərilməyib. Əldə etdiyimiz məlumatda həmin şəxslərdən bir neçəsinin artıq yerli prokurluqda dindirildiyi bildirilib. Artıq həmin şəxslər sosial şəbəkə hesablarında prokurorluğa çağırıldıqlarını etiraf ediblər.

Gununsesi.info-nun əldə etdiyi daha bir məlumatda isə “söyüşcül mühacirlər”in qurbanları arasında həm də Azərbaycanın tanınmış şou-biznes nümayəndələrinin olduğu üzə çıxıb. Əldə etdiyimiz məlumata görə, onların hədəfinə tuş gələnlər arasında Manaf Ağayev, Şəbnəm Tovuzlu, Vəfa Şərifova və bir neçə müğənni bu prosesdə iştirak edib.

Bildirilir ki, həmin müğənnilər də vəkilləri vasitəsilə öz şikayətlərini həmin ölkələrin prokurorluq orqanlarına təqdim edib.

Məlumata görə araşdırmaların sonunda bu şəxslərə “çirkli pul” və ittihamı verilməsi nəzərdə tutulur.

Short URL: http://www.cumhuriyyet.net/?p=200807

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930