“Temu” PULLARINIZI BELƏ “OĞURLAYIR”

01.06.2024 - 13:08
Çin alış-veriş platforması olan “Temu”dan sifariş verənlər diqqətli olsunlar. “Azərbaycan Reallığı” xəbər verir ki, “Temu” sifarişlərinin bəyannaməsi adı altında istifadəçilərə saxta mesajlar göndərilir.
“Pegasus”dan göndərilən mesajlarda istifadəçilərin ad soyadı qeyd olunur və məhsulların bəyan edilməsi üçün fin kod tələb olunur. Həmçinin mesaj vasitəsilə göndərilən linkə keçid etməyən şəxslərə bağlamaların verilməyəcəyi bildirilir.
Sözügedən platformadan sifariş verənlər isə mesaja inanaraq linkə keçid edirlər.
Əslində isə bu fişinq mesajdır. Çünki “Temu” sifarişlərinin bəyan edilməsi ilə bağlı mesaj şəklində heç bir link göndərilmir. Bəyannamə “smart customs” mobil tətbiqi və ya saytı vasitəsilə aparılır.
Aytən Səfərova adlı sosial şəbəkə istifadəçilərindən biri qeyd edib ki, yaxını bu mesajlara aldanaraq onlayn dələduzluğun qurbanı olub:
“Temu”dan sifariş edənlər çalışın diqqətli olun. Bu gün bir tanışıma “Pegasus”dan mesaj gəlib. Fin kodunu yazıb, daha sonra kartından 1000 manat pul çıxıb. Əvvəl 20 min yazıblar, imtina gedib, sonra 10 min, sonda da 1000 manat çıxarıblar” – o yazıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=200886

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031