Sabiq icra başçısının oğlu kredit borcuna görə məhkəməyə verildi

03.06.2024 - 10:54

Şərur rayonunun keçmiş icra başçısının oğlu kredit borcunu ödəmədiyi üçün “Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən məhkəməyə verilib. Gununsesi.info -nun verdiyi xəbərə görə, Rəsulov Orxan Rəfail oğlunun məhkəmə prosesinə Səbail Rayon Məhkəməsinin hakimi Şahin Abdullayev sədrlik edəcək.

Qeyd edək ki, Orxan Rəsulov Naxçıvan Muxtar Respublikası Şərur Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Rəfail Rəsulovun oğludur.

Xatırladaq ki, Orxan Rəsulovun adı ilk dəfə mətbuatda dələduzluq maddəsi ilə həbs edilən Araz Eyvazovun məhkəmə prosesində hallanıb.

Belə ki, Orxan Rəsulov o zaman Araz Eyvazova faizə pul vermiş, ancaq adıçəkilən şəxs pulu qaytarmadığından keçmiş icra başçısı Rəfail Rəsulov Xətai rayonunda yerləşən “Optimal” servisin qarşısında Araz Eyvazovu döyüb və pulu qaytarmayacağı təqdirdə onu əlindəki bıçaqla öldürəcəyi ilə də hədələmişdi.

Short URL: http://www.cumhuriyyet.net/?p=200922

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930