Həccə getmək istəyənlərin NƏZƏRİNƏ – Qaydalar sərtləşdirilir

03.06.2024 - 12:26

Səudiyyə Ərəbistanının ictimai təhlükəsizlik xidməti həcc qayda və təlimatlarını pozan zəvvarlara qarşı cərimələr tətbiq etməyə başlayıb. Bu barədə “Saudi Press” Agentliyi (SPA) xəbər verib.

Bildirilir ki, həcc qanununun əhatə etdiyi ərazilərə Məkkə şəhəri, mərkəzi ərazi, müqəddəs yerlər, Hərəmeyn dəmir yolu stansiyası, nəzarət-buraxılış məntəqələri, yoxlama mərkəzləri və müvəqqəti təhlükəsizlik keçid məntəqələri daxildir. İstər Səudiyyə Ərəbistanı vətəndaşı, istər Krallığın daimi sakini, istərsə də gəlmə olsun – həcc qaydalarını pozan hər hansı bir şəxs 2,7 min dollar cərimələnəcək. Qeyri-vətəndaşlar öz ölkələrinə deportasiya ediləcək və onlara müəyyən müddət ərzində Səudiyyə Ərəbistanına yenidən daxil olmaq qadağan ediləcək.

Həmçinin bildirilib ki, təkrar cinayət törədənlər üçün cərimələr ikiqat artırılacaq.

Qaydalar 20 iyun 2024-cü il tarixinədək qüvvədə olacaq. (Oxu.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=200951

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031