Hakim israr etdi, onlar barışmadı – Flora Kərimova və Afət Fərmanqızı yenidən MƏHKƏMƏDƏ

04.06.2024 - 16:15

Xalq artisti Flora Kərimovanın müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı məhkəmə iclası keçirilib. Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə hakim Abbas Rzayev dəfələrlə tərəfləri barışığa dəvət edib. Onların cəmiyyətdə tanınan və nüfuzlu şəxslər olmasını, bu cür mübahisələrin başucalığı gətirmədiyi diqqətə çatdırılıb.

Afət Fərmanqızı isə ifadə verərək, barışığa hazır olduğunu desə də, Flora Kərimova barışmaq niyyətində olmadığını açıqlayıb. A.Fərmanqızı məsələni məhkəmə zalından kənarda aydınlaşdırmağa hazır olduğunu bildirib. Bundan sonra hakim proses iştirakçılarını zaldan çıxarıb, hər iki şəxsə təklikdə danışaraq, barışmağı təklif edib. Lakin Flora Kərimova yenə də israrla barışmaq istəmədiyini vurğulayıb. Bundan sonra proses iyunun 14-dək təxirə salınıb.

Qeyd edək ki, Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham olunmasını tələb edib. Xüsusi ittiham qaydasında Binəqədi Rayon Məhkəməsinə müraciət edib.//Lent.az

Short URL: http://www.cumhuriyyet.net/?p=201044

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031