Tanınmış vəkili hədələyən şəxs həbs olundu, Elçin Sadıqov Vilayət Eyvazova təşəkkür etdi

05.06.2024 - 11:52

Tanınmış vəkil Elçin Sadıqovu hədələyən şəxs həbs edilib. Musavat.com xəbər verir ki, dünən Elçin Sadıqov daxili işlər naziri Vilayət Eyvazova müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Naxçıvani küçəsi 44 ünvanda, avtomobilini park edərkən hədələndiyini bildirmişdi.

Elçin Sadıqov qeyd edib ki, Az 90 PG 510 nömrə nişanlı, “Nissan Navara” markalı avtomobildən düşən sürücü onun avtomobilinin qarşısında ötən dəfə də maşın saxladığını bildirərək nalayiq ifadələr işlədib.

Vəkilə deyib ki, heç kəsin onun avtomobilinin qarşısında avtomobil saxlmağa cürəti yoxdur. Növbəti dəfə belə olarsa, vəkilə və avtomobilinə xəsarət yetirəcəyi ilə hədələyib.

Vəkil nazirdən xahiş edib ki, xuliqanlıq edən şəxsin müəyyən olunmasına və məsuliyyətə cəlb edilməsinə göstəriş versin.

Bundan sonra Elçin Sadıqova qarşı xuliqanlıq edən Arif Tağıyev polis tərəfindən müəyyən olunaraq saxlanılıb. Onun barəsində inzibati protokol tərtib edilərək işə baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. Arif Tağıyev İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib və 5 sutka inzibati həbs edilib.

Bundan sonra Elçin Sadıqov sosial şəbəkə hesabında daxili işlər nazirinə təşəkkür mətni yayıb:

“Mənə qarşı qanunsuzluğun dərhal araşdırılmasına görə Azərbaycan Respublikasının daxili işlər naziri cənab Vilayət Eyvazova təşəkkür edirəm”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=201067

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2024
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930