Bakı İrəvanın təklifini rədd etdi – Cermuk oyununun detalları

05.06.2024 - 12:40

Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın “Mülki Müqavilə” fraksiyasının üzvləri ilə görüşdə azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqlarının detallarını açması haqda məlumat yayılmışdı. Bildirilirdi ki, o, Azərbaycanın Almatı Bəyanaməsi ilə sərhədlərin çəkilməsinə razı olmadığını deputatlara çatdırmışdı. Həmçinin iddia edilib ki, Ermənistan demarkasiyaya Cermuk və ya Azərbaycan hərbçilərinin yerləşdiyi digər yerlərdən başlamaq istəyir. Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Azərbaycanın Ermənistanla sərhədlərinin delimitasiya və demarkasiya olunması ilə bağlı mövqeyi məlumdur: “Prezident İlham Əliyevin verdiyi açıqlamalardan da məlum olur ki, prosesdə müxtəlif metodologiyalardan istifadə oluna bilər. Siyasi, xronoloji və s. metodlar buna daxildir. Sözügedən məsələni tərəflər və işçi qruplar müzakirə edərək qərarlaşdırmalıdır. Ona görə də iki tərəf arasındakı sərhədlərin yalnız bir xəritəyə – Almatı Bəyannaməsinə istinad edilməsi problem yaradır.

Sovet hakimiyyəti dövründə, 1970-80-ci illərdə də Azərbaycan torpaqları bu və ya digər adlarla Ermənistana verilib. Bu proses o vaxt təsərrüfatlararası səviyyədə həll olunub. Heç bir halda hüquqi sənəd sayıla bilməz”. Politoloqun sözlərinə görə, Azərbaycan bu məsələlərin daha dəqiq, beynəlxalq hüquqa və ədalətə uyğun formada həll olunmasını istəyir: “Ermənistan iddia edir ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan ordusu sərhədlərə çıxanda, xüsusilə də 2022-ci ilin sentyabrında guya Ermənistan ərazilərinə keçib. Bu, rəsmi İrəvanın cəfəngiyyatıdır.

Ona görə də Azərbaycan məsələnin özünün təqdim etdiyi sülh təkliflərinə uyğun həllində maraqlıdır. Beynəlxalq hüquq və ədalət prinsiplərinin tətbiq olunduğu variant hər iki tərəfin də maraqlarına uyğundur”.

Short URL: http://www.cumhuriyyet.net/?p=201075

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031