Hüseyn Abdullayevin aclıq aksiyasının səbəbi bilindi

05.06.2024 - 14:57

Sabiq deputat Azərbaycan və Türkiyəyə qarşı 

Sabiq deputat Hüseyn Abdullayev Bakı İstintaq Təcridxanasında aclığa başlayıb. “Yeni Müsavat” xəbər verir ki, bu barədə Hüseyn Abdullayevin dostu, ictimai fəal Rəşad Quliyev öz sosial şəbəkə hesabında məlumat paylaşıb. Onun iddiasına görə, H.Abdullayev ona qarşı irəli sürülən yeni ittihama etiraz əlaməti olaraq bu aksiyanı keçirir.

Hüseyn Abdullayevin vəkili Cavad Cavadov bildirib ki, müvəkkilinin aclıq aksiyasına başlamasına səbəb həmçinin onun barəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) Qanunsuz həbslərlə bağlı İşçi Qrupunun 24-28 avqust 2020-ci il tarixdə keçirdiyi 88 saylı sessiyasında qəbul etdiyi qərarın icra edilməməsidir. Hüseyn Abdullayev işçi qrupunun 48/2020 saylı rəyi təsdiq olunmuş, Türkiyə və Azərbaycana qarşı qərarın icra olunmamasına etiraz bildirir.

Belə ki, həmin qərara əsasən, onun BMT-nin Cenevrə Konvensiyasına uyğun olaraq siyasi sığınacaq pasportu olmasına və təqib olunduğu ölkəyə verilməsi qadağan olunduğu halda heç bir deportasiya, ekstradisiya qərarı olmadığı halda faktiki olaraq oğurlanaraq 21 aprel 2018-ci ildə Türkiyədən Azərbaycana gətirilməsi, onun burada məhkum edilməsi qanunsuz hesab edilib, onun azadlığa buraxılması tələb olunub.

Vəkil bildirib ki, Hüseyn Abdullayevin aclıq etməsi ilə bağlı Bakı İstintaq Təcridxanasının müdiriyyəti məlumatlandırılıb. Qeyd edək ki, Hüseyn Abdullayev 2018-ci ildə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. 2024-cü ilin aprelində onun cəzası başa çatsa da, azadlığa buraxılmadı. Barəsində yeni cinayət işi başlandığına görə onu cəzaçəkmə müəssisəsindən Bakı İstintaq Təcridxanasına köçürüblər.

Ona qarşı cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılması (Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi) ittihamı irəli sürülüb. Yeni ittihama görə, Abdullayev 2006-2014-cü illər arasındakı dövrdə 6 milyon manat vəsaitin yuyulmasında ittiham olunur, bir halda ki, istintaq artıq onun 2000-2018-ci ildəki fəaliyyətini araşdırıb. Yeni ittihamla Hüseyn Abdullayevi 7 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Hüseyn Abdullayev 1990-cı illərdə neft və neft məhsulları üzrə biznes sahəsində qabaqcıl mövqelər tutub.  2005-ci ildə Abdullayev parlamentin deputatı kimi fəaliyyətə başlayıb və Nazirlər Kabinetinin fəaliyyətini tənqid edib. 2007-ci ilin martında parlamentin plenar iclasında deputat Fəzail Ağamalı ilə Abdullayev arasında yumruqlaşma olub. Bundan sonra Hüseyn Abdullayev cəzalandırılıb. O, əvvəlcə həbs edilib, sonra xuliqanlığa görə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. 2013-cü ildə Abdullayev Azərbaycandan mühacirət edib. Bundan sonra ona qarşı vergi ittihamı ilə cinayət işi açılıb. Keçmiş deputat 2018-ci il aprelin 22-də Türkiyədə saxlanılıb və Azərbaycana ekstradisiya edilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=201101

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2024
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930