İsa Həbibbəyli tələb etdi, institut direktoru istefa verdi

06.06.2024 - 12:16

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru Muxtar İmanov tutduğu vəzifədən istefa verib. Bu barədə Yenisabah.az-a Folklor İnstitutunun məsul əməkdaşlarından biri məlumat verib. Onun sözlərinə görə, Muxtar İmanovun istefası AMEA-nın prezidenti İsa Həbibbəylinin təkidi nəticəsində baş tutub.
Mənbə deyib ki, Muxtar İmanovla İsa Həbibbəyli uzun illər yaxın dost olublar, amma son vaxtlar dostların arasında “soyuq küləklər” əsməyə başlayıb. Bundan sonra AMEA prezidenti institut direktorundan könüllü şəkildə vəzifədən getməyi tələb edib. Muxtar İmanov bir müddət müqavimət göstərsə də, sonda AMEA prezidentitinin təzyiqlərinə davam gətirə bilməyib.
Onun istefa ərizəsini dünən iş gününün sonunda köməkçisi vasitəsilə AMEA prezidentinə təqdim etdiyi bildirilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=201133

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728