“Sədərək Yusif”lə Bakı Baş Gömrük İdarəsi arasında

06.06.2024 - 14:25

“Sədərək” Firması Bakı Baş Gömrük İdarəsini məhkəməyə verib. Qaynarinfo xəbər verir ki, Firmanın iddiasına Bakı İnzibati Məhkəməsində baxılacaq. Aygün Abdullayeva iş üzrə hakim təyin edilib.
İşin mahiyyəti haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir.
“Sədərək” Firması iş adamı, “Sədərək Yusif” kimi tanınan Yusif Qədimbəyliyə məxsusdur. O, həm də “Sədərək” Ticarət Mərkəzinin sahibidir.
Bir müddət əvvəl Yusif Qədimbəyli sahibkar Arazxan Nəcəfovla aralarındakı qalmaqalla gündəmə gəlmişdi.
Arazxan Nəcəfov “Sədərək” Ticarət Mərkəzində icarədar olub. O, sözügedən ticarət mərkəzində 20 il mağaza işlədib. Devalvasiya zamanı onun biznesində problemlər yaranmağa başlayıb. Arazxan Nəcəfovun “Sədərək” Ticarət Mərkəzinin rəhbərliyinə 30 min manat borcu yaranıb.
Sahibkar mediada açıqlamasında deyib ki, Yusif Qədimbəylinin adamları bundan istifadə edərək onun mağazasını qapadıb. Mağazada 300 min manat dəyərində olan malı isə ələ keçiriblər.

Short URL: http://www.cumhuriyyet.net/?p=201142

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031