Mirqasımov adına Respublika Klinik Xəstəxanasının əməkdaşlarından MÜRACİƏT: göydə Allah yerdə prezident olmaqla…
Redaksiyamızın ünvanına Ak. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının adlarının çəkilməsindən ehtiyat edən, Terapiya şöbəsinin əməkdaşları tərəfindən müraciət daxil olmuşdur.
Azərbaycan respulikasının 1 ci vitse-prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikası Prezdentinin köməkçisi Anar Ələkbərova,Surəti:Tibbi İcbari suğortanının icraçı direktoru Zaur Əliyevə, TƏBİB-in icraçı direktoru cənab Vüqar Qurbanova ünvanlanan müraciətdə xəstəxanada gələcəkdə aparılacaq təmir işləri ilə əlaqədar, “Terapiya” şöbəsinin Bilgəh qəsəbəsindəki Modul Tipli Xəstəxanaya köçürüləcəyi qeyd edilir. Təmir işlərini alqışlayan həkimlər ,köçürülmə nəticəsində, işlədikləri şöbənin xəstəxanadan uzaq məsafədə olması işlədikləri xəstəxana ilə gələcəkdə tibbi əlaqənin kəsilməsinə gətirib çıxaracağı və bununla da, onların professional iş fəaliyyətlərinə və xüsusən də regionlardan müalicə və müayinəyə gələn xəstələrin vaxtında operativ şəkildə müalicə və müyinə olunmasında çətinlik yaranacağını bildirlər. Həkimlər belə olduğu halda həm özlərinin, həm də xəstələrin çox əziyyət çəkəcəyindən, məsafə baxımdan çox uzaq olduğundan çoxlarının tezliklə işlərinin itirəcəklərindən şikayyətçidirlər. Həkimlər şəhərdən kənara çıxmamaq şərtilə istənilən uyğun şəraitdə müvəqqəti yerləşmələrini xahiş edirlər. Onlar həmin imkan mexaniziminin bu gün Təbibdə mümkün olduğuna əmin olduqlarını bildirirlər. Hesab edirik ki bu istər tibb kantingenti üçün, istərsə də xəstələr üçün daha uyğun və əlverişli olar. Həkimlərin, xəstələrin son ümüdləri göydə Allah yerdə isə başda prezident olmaqla , çox hörmətli Mehriban xanınıma , dəyərli insan Anar Ələkbərova, o cümlədən Zaur Əliyevə və Vüqar Qurbanovadır.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq verilən qərarda dəyişiklik edilməsini həkim və tibb kollektivi xahiş edir. Dövlətimiz xalqımız üçün üçün xeyirli olsun.
Short URL: http://www.cumhuriyyet.net/?p=201165