TƏBİB rəhbərindən xəstəxanalarda həkim çatışmazlığına REAKSİYA

08.06.2024 - 16:14

“Həkimlərimiz normal əmək qanunvericiliyi ilə tənzimlənən iş rejimi ilə işləməlidir. Burada qanunazidd addımlar ata bilmərik. Həkimlər 6 günlük iş rejimində çalışırlar”.
Modern.az xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bazar günü xəstəxanalarda həkim çatışmazlığı olması barədə iddialara münasibət bildirərkən deyib.
V.Qurbanov qeyd edib ki, həkimlərin bir hissəsi növbəli iş rejimində fəaliyyət göstərir.
“Bəzi mərkəzlərimizdə həkimlərimiz, tibb işçilərimiz bir növbəli, bəzilərində isə iki və ya üç növbəli fəaliyyət göstərirlər.
Həkimlərin bazar günü işləməsi məsələsinə gəlincə, bildirməliyəm ki, həkimlərimiz bazar günü də növbəli şəkildə çalışır. Ehtiyac olduğu təqdirdə xəstəxanalarda və tibb mərkəzlərində fəaliyyət göstərən həkimlərimiz də çağırışla xəstənin qəbuluna gedirlər”, – deyə icraçı direktor vurğulayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=201181

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31