“43 yaşıma kimi Zabuxda belə sel görməmişdim” – Kənd sakini (FOTO,VİDEO)

13.06.2024 - 21:30

Laçın rayonunun Zabux və Sus kəndlərində yağış sularının yaratdığı fəsadlar aradan qaldırılıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, bir neçə gündür, dağlıq və dağətəyi rayonlarda yağan intensiv yağışlar Laçın rayonunun Zabux və Sus kəndlərində də yaşayış sahələrinə ziyan vurub. Normadan artıq yağan yağışlar nəticəsində kəndin ətrafındakı dağlardan gələn sel suları bəzi evlərin zirzəmisinə dolub.

Əlaqələndirilmiş qaydada zəruri tədbirlər görülməsi sayəsində baş vermiş təbii fəlakətin fəsadları ən qısa zamanda aradan qaldırılıb.

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktor müavini Vüqar İmranov APA-ya müsahibəsində bildirib ki, fəsadların tamamilə aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görülüb.

Onun sözlərinə görə, bu cür halların təkrarlanmaması üçün lazımı addımlar atılır: “Son vaxtlar Azərbaycanın dağlıq bölgələrində hökm sürən qeyri-sabit hava şəraiti nəticəsində normadan artıq yağan yağışlar Laçın rayonunun Zabux və Sus kəndlərində də bir sıra fəsadlar törədib. Normadan artıq yağan yağışlar nəticəsində dağlardan gələn yağış suları bəzi evlərin həyətyanı sahələrinə yığılıb. Suyun kütləsi artandan sonra evlərin zirzəmisinə dolub. Yaranmış fəsadların aradan qaldırılması istiqamətində tərəfimizdən dərhal müvafiq tədbirlər həyata keçirilib. Zirzəmilərə dolan su çəkilərək təmizlənib.

Gələcəkdə bu cür fəsadların baş verməməsi üçün alternativ tədbirlər görülür. Hazırda qoruyucu drenajlar, su ötürücü kanallar inşa olunur”.

Vüqar İmranov onu da qeyd edib ki, normadan artıq yağan yağışlar nəticəsində Sus kəndində inşa olunmuş 59 evdən 14-də, Zabux kəndində isə inşa olunmuş 223 evdən 35-də yağış suları fəsadlar törədib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=201337

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031