FHN əhaliyə xəbərdarlıq etdi

15.06.2024 - 12:19

Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə bir daha müraciət edərək çimərliklərlə bağlı təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb. “Yeni Sabah” xəbər verir ki, müraciətdə çimərlik kimi nəzərdə tutulmamış ərazilərdə çimmək, çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək, küləkli havada dənizə girmək, çimərlikdə gecələmək, sərxoş halda çimərlikdə olmaq, suda kobud hərəkətlər etmək, çimərlikdə balıq tutmaq və xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq məsləhət görülmür.

Müraciətdə həmçinin çimərlikdə uşaqların nəzarətsiz qalmaması, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməsi tövsiyə olunur, qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya girməyin təhlükəli olduğu vurğulanır.

Short URL: http://www.cumhuriyyet.net/?p=201439

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031