Həbsxanaya Mirzə Sakit üçün narkotika göndərən icra başçısı

29.03.2015 - 20:19

musamusayevHakimiyyətə qarşı radikal mövqeləriylə seçilən və bu səbəbdən Avropada siyasi mühacir statusu alan iki tanınmış jurnalist – Fikrət Hüseynli ilə Mirzə Sakit arasındakı qalmaqal pik həddə çatıb. Bir vaxtlar aralarında yaxın dostluq münasibətəri olan jurnalistlər hazırda bir-birinin ünvanına olmazın ittihamları səsləndirirlər. Bu qarşılıqlı ittihamlarda diqqət çəkən mühüm bir məqamla bağlı strateq.az  saytı kiçik araşdırma aparıb. Kifayət qədər ilginc məqamların yer aldığı həmin araşdırmanı olduğu kimi diqqətinizə çatdırırıq.

Mətbuatdan məlumdur ki, jurnalist Fikrət Hüseynli Mirzə Sakitə ünvanladığı cavabda ikincinin hansı səbəbdən həbs edilməsinə toxunaraq, sensasion fikirlər səsləndirib. Onun iddiasına görə, satirik hələ Azərbaycandaikən pul üçün ən müxtəlif adamlara müraciət edib: “Hətta həbs olunan zaman cibində tapılan narkotik onun şantajlardan bezən icra başçılarının birinin göndərdiyi – adını bilirəm, etika xatirinə çəkmirəm – 100 dolların içində olub. Bunu həmin pulu Goranboydan Bakıya qədər gətirib çıxaran və Mirzəyə kafedə hesab verən, sonradan Rusiyaya gedən dostu da təsdiq edə bilər. Mirzə də restorandan çölə çıxanda həmin dostu onun cibinə 100 dolları qoyub. O da bilməyib ki, içində narkotik var. Nəticədə saxlanılanda cibindən narkotik çıxıb…”

Bu məsələdə xüsüsilə diqqət çəkən məqam Mirzə Sakitin həbsində heç bir siyasi sifarişin olmamasını hakimiyyətə qarşı ən radikal mövqeyi ilə seçilən insanın, yəni Fikrət Hüseynlinin etiraf etməsidir.

Məlumdur ki, bir çox nüfuzlu beynəlxalq təşkilatlar Mirzə Sakitə qarşı irəli sürülən ittihamların qurama olduğu qənaətinə gələrək, jurnalisti “vicdan məhbusu” elan etmişdi. Fikrət Hüseynlinin iddialarındansa belə nəticə hasil olur ki, Mirzə Sakitə qarşı qurulan tələ siyasi hakimiyyətin iradəsi xaricində olub və həmin plan  hansısa məmurun “özfəaliyyəti” nəticəsində həyata keçirilib. Bəs, Mirzə Sakitə 100 dolların içində narkotik göndərdiyi iddia olunan icra başçısı kim olub?

Aparılan araşdırma zamanı məlum olub ki, bu məsələdə adı hallandırılan şəxs Naftalan rayonunun sabiq icra başçısı, eks millət vəkili Musa Musayevdir. O da üzə çıxıb ki, Mirzənin hansı səbəbdən həbs olunması ilə bağlı AXCP rəhbərliyi də məlumatlı olub və bu mövzu partiya kuluarlarında zaman-zaman müzakirə edilib.

Mənbəmizin bildirdiyinə görə, Musa Musayev həmin “hədiyyəni”  əslən Goranboy rayonundan olan Elçin adlı cəbhəçi vasitəsilə Mirzəyə göndərib. Məlum hadisədən sonra Elçin Azərbaycanı tərk edib. Onun hazırda Rusiyada yaşadığı bildirilir. Qeyd edək ki, bu qalmaqalda səslənən fikirlər ölkənin hüquq-mühafizə orqanlarına və siyasi hakimiyyətinə Mirzə Sakitin siyasi sifariş əsasında  həbs olunmadığını sübut edən ciddi arqumentlər vermiş olur. Çünki bu fikirləri söyləyən şəxsin hazırkı mövqeyi və statusu bunun üçün tam əsas verir.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=20147

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728